Cümə günü, 06 noyabr 2026
     

"Dəyişikliklər Naxçıvanın inkişaf strategiyasının müasir çağırışlara uyğunlaşdırılmasının təsdiqidir" - Vüqar Rəhimzadə

Image


Naxçıvanın iqtisadi inkişafında yeni mərhələ: Dövlət Proqramına edilən dəyişikliklər nə vəd edir?

Böyük iqtisadi potensiala malik olan Naxçıvan Azərbaycanın ümumi inkişaf strategiyasında mühüm yer tutur. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yeni mərhələyə yüksəldilməsi, iqtisadi fəallığın artırılması, əlverişli biznes mühitinin daha da təkmilləşdirilməsi, investisiyaların cəlb olunması və ixracyönümlü istehsal zəncirinin formalaşdırılması qarşıya mühüm vəzifələr qoyur. Bütün bunlar yeni və dayanıqlı iş yerlərinin yaradılması, yerli istehsalın genişləndirilməsi və əhalinin rifahının daha da yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin ölkəmizin bütün bölgələrinə, o cümlədən Naxçıvan Muxtar Respublikasına göstərdiyi diqqət və qayğı nəticəsində son illərdə muxtar respublikada genişmiqyaslı quruculuq və inkişaf layihələri həyata keçirilir. Müasir infrastrukturun yaradılması, böyük yol layihələrinin reallaşdırılması, enerji və qaz təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin inşası, yeni iş yerlərinin açılması, eləcə də tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlər Naxçıvanın hərtərəfli inkişafına mühüm töhfələr verir. Bu gün qarşıda duran əsas məqsədlərdən biri əldə olunan nəticələri yeni mərhələdə daha da möhkəmləndirmək, Naxçıvanın iqtisadi potensialından səmərəli istifadə etməklə özəl sektorun inkişafını sürətləndirmək, investisiya imkanlarını genişləndirmək və əhalinin həyat keyfiyyətini daha da yüksəltməkdir. Müasir dövrün çağırışları nəzərə alınmaqla həyata keçirilən ardıcıl tədbirlər Naxçıvanın dayanıqlı və hərtərəfli inkişafı üçün möhkəm zəmin yaradır. Dövlət başçısı İlham Əliyevin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na dəyişiklik edilməsi də dövrün çağırışlarının uğurla həyata keçirilməsinə yönələn addımlar sırasındadır. Belə ki, Prezident İlham Əliyevin 2 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə Dövlət Proqramının bir sıra müddəaları yeni redaksiyada təqdim olunur, bəzi yarımbəndlər isə ləğv edilir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, çox böyük əhəmiyyət kəsb edən bu dəyişikliklər mahiyyət etibarilə Naxçıvanın qarşıdakı illərdə iqtisadi inkişaf modelinin daha çevik, ixracyönümlü və logistika imkanlarından maksimum istifadə edən istiqamətə uyğunlaşdırıldığını göstərir. Dəyişikliklər çərçivəsində Naxçıvanın coğrafi mövqeyindən istifadə etməklə regionda istehsal olunan məhsulların xarici və ölkədaxili bazarlara çıxışının sürətləndirilməsi nəzərdə tutulur. Yerli məhsulların rəqabətqabiliyyətliliyinin artırılması və daşıma xərclərinin optimallaşdırılması məqsədilə sahibkarlara məqsədli logistik dəstək mexanizmlərinin tətbiqi planlaşdırılır. Bu, ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvanın iqtisadiyyatının yalnız daxili tələbatı ödəyən istehsal məkanı kimi deyil, daha geniş regional bazarlara çıxış imkanına malik istehsal və logistika mərkəzi kimi formalaşdırılması baxımından əhəmiyyətlidir. Burada əsas məsələ yalnız məhsul istehsal etmək deyil, həmin məhsulu bazara rəqabətqabiliyyətli qiymətlə çatdırmaqdır. Məhz buna görə Dövlət Proqramında sahibkarlara məqsədli logistik dəstək mexanizmlərinin tətbiqinin nəzərdə tutulması mühüm yenilikdir. Bu mexanizmlərin quruması yerli istehsalçının daşınma xərclərinin optimallaşdırılmasına və məhsulların bazarlara daha əlverişli şərtlərlə çıxarılmasına imkan verəcək.

Vüqar Rəhimzadə vurğulayıb ki, dəyişikliklərin ən mühüm məqamlarından biri Zəngəzur dəhlizi ilə bağlı müddəadır. Sərəncamda qeyd olunur ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvanda istehsal olunan məhsulların quru yolu ilə ixracı üçün yeni imkanlar yaranacaq. Bu imkanlardan istifadənin stimullaşdırılması məqsədilə müxtəlif güzəştlərin tətbiqi məsələsinə ayrıca qiymətləndirmə aparılmaqla baxılacaq. Bu yanaşmanın iqtisadi baxımdan əhəmiyyəti kifayət qədər böyükdür. Çünki yeni nəqliyyat bağlantısının yaradılması təkcə tranzit imkanlarının artması demək deyil. Eyni zamanda, Naxçıvanın öz istehsal potensialının daha geniş bazarlara çıxarılması üçün yeni platforma yaradacaq. Beləliklə, qarşıdakı mərhələdə Naxçıvan üçün iki paralel istiqamət aktuallaşır: tranzit imkanlarından yararlanmaq və həmin tranzit imkanlarının yaratdığı bazarlara yerli məhsulları çıxarmaq. Bu isə kənd təsərrüfatı, emal sənayesi, qida sənayesi, yüngül sənaye və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün yeni perspektivlər formalaşdıracaq. Müntəzəm yükdaşımaların təşkili və nəqliyyat marşrutlarının effektivliyinin artırılması sahibkarlığı inkişafına böyük dəstək olacaq. Bu isə Naxçıvan istehsalçısının həm ölkə daxilində, həm də xarici bazarlarda rəqabət imkanlarını yüksəldəcək. Bu məqsədlə logistik dəstək mexanizmlərinin tətbiqi Naxçıvanda sahibkarlığın genişləndirilməsi baxımından mühüm iqtisadi vasitəyə çevriləcək. Həyata keçiriləcək tədbirlər iqtisadi aktivliyin, məşğulluğun və ixracın artmasını təmin edəcək, nəticədə iqtisadi fəallığın daha dayanıqlı əsasda artması mümkün olacaq.

Millət vəkili bildirib ki, Dövlət Proqramının nəqliyyat sahəsinə aid müddəalarında aparılan dəyişikliklər də Naxçıvanın inkişafına kompleks yanaşmanın göstəricisidir. Əhalinin nəqliyyat infrastrukturuna və nəqliyyat xidmətlərinə əlçatanlığının artırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə aidiyyəti dövlət qurumlarının, o cümlədən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və AZCON-un rolunun dəqiqləşdirilməsi tədbirlərin daha koordinasiyalı şəkildə həyata keçirilməsinə xidmət edəcək. Müasir nəqliyyat infrastrukturu təkcə insanların rahat hərəkəti üçün deyil, iqtisadi fəallığın artırılması üçün də vacib şərtdir. Yolların, nəqliyyat bağlantılarının və logistika imkanlarının inkişafı sahibkar üçün bazara çıxış deməkdir. Bu isə öz növbəsində investisiya, istehsal və yeni məşğulluq imkanlarının artmasına şərait yaradır. Bu baxımdan nəqliyyat infrastrukturunun inkişafı həm əhalinin rahatlığı, həm də biznes fəaliyyətinin genişləndirilməsi üçün vacib şərtdir.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, dəyişikliklər yalnız iqtisadi və nəqliyyat sahələri ilə məhdudlaşmır. Təhsil sahəsində “ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbləri” ifadəsinin “təhsil müəssisələri” ilə əvəzlənməsi proqramın əhatə dairəsini daha geniş çərçivəyə gətirir. Sərəncamla yaşıllaşdırma və meşəsalma tədbirlərinin də əhatə dairəsi genişləndirilib. Yeni yanaşmaya əsasən, yaşıllıq sahələrinin və meşə ilə örtülü ərazilərin artırılması əsas nəticələrdən biri kimi müəyyənləşdirilib. Bu dəyişiklik ekoloji siyasətin daha geniş məzmun kəsb etdiyini göstərir. Burada məqsəd yalnız yeni meşə sahələrinin yaradılması deyil, ümumilikdə Naxçıvanda yaşıllıq ərazilərinin artırılmasıdır. Yaşıllaşdırma və ətraf mühitin qorunması məsələlərinin Naxçıvanın uzunmüddətli inkişafı ilə birlikdə nəzərdən keçirilməsi regionda dayanıqlı inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır. Ümumilikdə, Dövlət Proqramına edilən dəyişikliklər Naxçıvanın inkişaf strategiyasının müasir çağırışlara uyğunlaşdırılması ilə yanaşı, gələcək inkişafının prioritetliyinin təsdiqidir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ