İsrail ordusunun ABŞ-ın iştirakı olmadan İrana yeni hücumu hazırlaşdığı bildirilir. İsrail hərbi mənbələri "Israel Hayom" qəzetinə verdiyi açıqlamada ABŞ və İsrail ordularının hərbi əməliyyatla bağlı sıx koordinasiyanı davam etdirdiyini qeyd ediblər.
Bu yaxın koordinasiyaya baxmayaraq, hərbi mənbələr İsrail ordusunun təkbaşına İrana yeni hücum ssenarisi üzərində işlədiyini və əsas hədəfin də İranın nüvə proqramı olduğu bildirilir.
Xəbərdə ABŞ və İsrailin noyabr ayında keçiriləcək ara seçkilərdən əvvəl İrana qarşı hücuma keçməsi ehtimalının az olduğu qeyd edilir. İranla bağlı hadisələrin xüsusən də ABŞ-da noyabr ayında keçiriləcək ara seçkiləri ilə sıx bağlı olduğu vurğulanan xəbərdə, president Trampın ara seçkilərdən əvvəl qlobal neft qiymətlərinin qəfil artmasını istəmədiyi qeyd olunub.
Tahir TAĞIYEV