Böyük Britaniya İsraili işğal olunmuş Şərqi Qüdsdəki konsulluğunu bağlamaq qərarını ləğv etməyə çağırıb. "Yedioth Ahronot" qəzetinin məlumatına görə, Təl-Əviv administrasiyası Britaniya konsulluğunu bağlamaq qərarını ləğv etməsə, London İsrail diplomatlarını ölkədən çıxaracaq.
Məlumata görə, Böyük Britaniyanın səfir Volters vasitəsilə Təl-Əviv administrasiyasına mesaj göndərib. Bildirilir ki, mesajda, əgər İsrail xarici işlər naziri Gideon Saarın elan etdiyi kimi, konsulluğu bağlamaq qərarını ləğv etməsə, Britaniyanın buna cavab olaraq 27 İsrail diplomatını ölkədən çıxaracağı qeyd edilir.
Bu arada, Böyük Britaniya Daxili İşlər Nazirliyinin yüksək vəzifəli bir rəsmisinin Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanması qərarını müzakirə etmək üçün İsrailə səfər etdiyi bildirilir. Lakin səfər zamanı tərəflər arasında konsulluğun bağlanmasının qarşısını alacaq heç bir razılaşma əldə olunmayıb.
Qeyd edək ki, Britaniya da daxil olmaqla 12 Qərb ölkəsi işğal olunmuş Fələstin ərazilərində İsrail yaşayış məntəqələri ilə ticarəti qadağan edəcəklərini elan etdikdən sonra, İsrailin xarici işlər naziri Saar 8 sentyabrda Britaniyaya qarşı sanksiyalar tətbiq edəcəklərini və işğal olunmuş Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlamaq qərarına gəldiklərini açıqlayıb.
Tahir TAĞIYEV