Ermənistan parlamentinin oktyabrın 6-da keçirilən iclasında hakim “Mülki müqavilə” partiyası ilə müxalifətdəki “Güclü Ermənistan” blokunun deputatları arasında sözlü mübahisə yaranıb..Mübahisə qısa müddətdən sonra deputatlar arasında əlbəyaxa davaya çevrilib.
Buna səbəb bugünkü iclasın gündəliyinə bir sıra din xadimlərinin fəaliyyəti, habelə Ermənistan Apostol Müqəddəs Kilsəsində yaranmış böhranla bağlı problemləri araşdıran istintaq komissiyasının üzvlərinin sayının müəyyən edilməsi haqqında qanun layihəsinin daxil edilməsi olub. Müxalifət bu layihəni Konstitusiyaya zidd hesab edir.