Fransada orta məktəb şagirdlərinin kütləvi etirazlarından sonra 1800-dən çox insana qarşı məhkəmə prosesi başlanıb.
"Le Figaro" qəzeti Ədliyyə Nazirliyinə istinadən bildirir ki, 1802 nəfər məsuliyyətə cəlb olunub. Onların arasında 319 böyük və 1483 azyaşlının olduğu bildirilir.
Qeyd edilirki, lisey şagirdlərinin etirazları fonunda baş verən iğtişaşlarla bağlı 5060 nəfər polis nəzarətinə götürülüb.
Bundan əlavə, Baş nazir Sebastyan Lekornunun ofisinin məlumatına görə, etirazlar nəticəsində 215 tələbə xəsarət alıb.
Qeyd edək ki, sentyabrın 17-də başlayan lisey şagirdlərinin hərəkatı bazar ertəsi günü də davam edib. Milli Təhsil Nazirliyinin məlumatına görə, 413 təhsil müəssisəsində etirazlar və fəaliyyət pozuntuları qeydə alınıb.
Liseylərdə başlayan hərəkat ölkədə həm təhlükəsizlik, həm də hüquqi və siyasi müstəvidə gərginliyin artmasına səbəb olub.
Tahir TAĞIYEV