İranda ABŞ-ın mümkün hücumuna qarşı müdafiə məqsədilə qadınlara silahdan istifadə və şəhər şəraitində döyüş taktikaları üzrə təlimlər keçirilir. İran mediasında yayılan foto və videolarda Tehranın açıq hava şəraitindəki təlim mərkəzlərində – bəziləri hərbi formada olan – qadınların hücum tüfəngləri ilə davranmağı öyrəndikləri əks olunub. Təşkilatçılar bildirirlər ki, kurslar şəhər müdafiəsi və "Kalaşnikov" hücum tüfənglərindən tutmuş "Draqunov" snayper tüfəngləri, RPG-lər və daşınan zenit-raket qurğularına qədər müxtəlif silahlarla tanışlığı, həmçinin qadınlar üçün xüsusi hazırlanmış xilasetmə əməliyyatları, yanğınsöndürmə və naviqasiya modullarını əhatə edir. Bu təşəbbüs, ABŞ və İsrailin
ölkəyə hava zərbələri endirməyə başlamasından sonra bu il start verilən kütləvi səfərbərlik kampaniyası – "Can-fada" hərəkatının bir hissəsidir.
SAMİRƏ