Moskva ərazisinə edilən irimiqyaslı PUA hücumundan sonra Volodarsk qəsəbəsi və Konstantinovo kəndi yaxınlığında yerləşən Volodarskaya Xətti İstehsal və Dispetçer Stansiyasında (LPDS) yanğın başlayıb. Volodarskaya LPDS-in Moskva vilayətində emal olunmuş neft məhsulları üzrə ən böyük neft anbarı və paylayıcı mərkəz olduğu qeyd edilir. İlkin məlumatlara görə, anbarda azı bir saxlama çəni yanıb. Eyni zamanda, ASTRA kanalı Moskva vilayətinin bir neçə saat ərzində PUA hücumuna məruz qaldığını bildirir. Yerli sakinlər partlayışlar və yanğınlar barədə məlumat veriblər. Moskva meri 93 PUA-nın vurulduğunu iddia edib.
SAMİRƏ