Almaniya Xarici Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Almaniyanın Rusiya ilə münaqişəyə sürüklənmək təhlükəsi ilə üz-üzə olduğunu deyib. Xarici kəşfiyyat agentliyinin rəhbəri Martin Yeger bu barədə kəşfiyyat orqanlarının fəaliyyətinə nəzarət edən Almaniya Parlamentinin (Bundestaq) Parlament Nəzarət Şurasına məlumat verib.
BND rəhbəri Martin Yeger Almaniya ilə Rusiya arasında zorakı münaqişə təhlükəsi olduğunu bildirib: "Rusiya ilə qarşılaşdığımız münaqişə yeni və daha təhlükəli bir ölçü qazanıb. Hazırda heç bir başqa ölkə Almaniya üçün bu qədər birbaşa, hərtərəfli və konkret bir təhlükə yaratmır. Almaniya Rusiya ilə zorakı münaqişəyə sürüklənmək təhlükəsi ilə üzləşib".
Avqust ayında partlayıcı maddələrlə yüklənmiş dronla Leypsiq hava limanına edilən hücum cəhdi ilə bağlı Yaeger bildirib ki, bu hadisə təhlükə səviyyəsinin bir nümunəsi idi: “Bu, Rusiya kəşfiyyat xidmətlərinin yüksək peşəkarlıq və amansızlıqla fəaliyyət göstərməsinin nümunəsi idi. Almaniyada hücum təhlükəsi heç vaxt bitməyib. Almaniyada hədəflərə qarşı hücum təhlükəsi real və mövcud olaraq qalır. Biz bununla üzləşməliyik".
BND rəhbəri təhdidlərin çox ciddi olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya Avropada siyasi təsir gücü yaratmağı və Moskvaya qarşı qərarların qəbul edilməsinin qarşısını almağı hədəfləyir. Almaniya Rusiyanın Avropadakı hegemon güc nümayişinə əsas maneəyə çevrilib. Onlar gələcəkdə Berlində və digər Avropa paytaxtlarında Moskvaya qarşı heç bir siyasi qərar qəbul edilməməsini təmin etmək istəyirlər.
"Rusiya bizə qarşı gizli müharibə (kölgə müharibəsi) aparır. Bu elan edilməmiş müharibə, ənənəvi hərbi və ya hüquqi kateqoriyalar vasitəsilə başa düşmək olmaz. Biz münaqişə vəziyyətində deyilik, amma bizə hücum edilir; bu, həqiqətən də gizli müharibədir (kölgə müharibəsi)" – deyən Yeger bildirib ki, Rusiya Avropanın Ukraynaya siyasi dəstəyini sarsıtmaq istəyir.
Yaeger bildirib ki, Almaniya Rusiyanın qorxutma taktikalarına və daha güclü müdaxiləsinə hazırlaşmalıdır: “Çox güman ki, daha çox təhdid olacaq. Onlara qarşı qətiyyətli olmalıyıq. Rusiya bizi sınayır. Onlar bu vəziyyəti necə idarə etdiyimizi diqqətlə izləyir. Əks tədbirlər görməkdən çəkinsək, Kreml Almaniyaya təzyiqi daha da artıracaq".
Kəşfiyyat rəhbəri, Rusiyanın NATO ərazisinə genişmiqyaslı hücumunun heç bir əlamətini görmədiklərini, lakin Baltikyanı ölkələrdə "aşağı səviyyəli Rusiya hərbi fəaliyyəti" ola biləcəyini bildirib.
Tahir TAĞIYEV