Rusiya pilotsuz təyyarələri Qara dənizdə daha bir ticarət gəmisini vurub. İki pilotsuz təyyarə tərəfindən vurulan gəminin Türkiyəyə məxsus olduğunu deyən Ukrayna Prezidenti Zelenski, qarğıdalı daşıyan gəminin neytral sularda hücuma məruz qaldığını bildirib.
Onun sözlərinə görə, Türkiyə mülki gəmisinə zərbə endirilməsi nəticəsində kapitan ölüb.
"Gəmidə Azərbaycan və Hindistan vətəndaşları olub. Təəssüf ki, hazırda gəmi kapitanının öldüyü məlumdur. Başqa bir şəxsin taleyi araşdırılır. On bir heyət üzvü xilas edilib, onlardan biri yaralanıb" - deyə Ukrayna Prezidenti bildirib.
“Ukrayna Qara dənizdə gərginliyi azaltmaq və təhlükəsizliyi təmin etmək üçün dəfələrlə konkret addımlar təklif edib. Üçüncü ölkələrdən də müvafiq təkliflər olub. Lakin Rusiya daim normal dəniz naviqasiyası əvəzinə terroru və mülki gəmilərin batırılmasını seçir. Qlobal ərzaq təhlükəsizliyini bərpa etmək üçün təzyiq lazımdır və bununda həqiqətən maraqlı olan hər kəs kömək etməlidir” - deyə Zelenski qeyd edib.
Tahir TAĞIYEV