çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

Image


“Həqiqi ədalət olmadan məhkəmələrin mənəvi əsası problemli olur və yaxud, ədalətsiz dünya quldur dəstəsidir.” Avqustin Hipponun. Antik dövrün yepiskop filosofu, mütəfəkkiri.

18 iyun 2026-cı il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM,Strasburq) “H.T. və digərləri Azərbaycana qarşı” (ərizə № 20075/16) işi üzrə 2016-cı ilin Aprel döyüşləri zamanı həlak olmuş erməni əsilli hərbçinin ölümü ilə bağlı ziddiyyətli bir qərar qəbul edib.

Azərbaycana qarşı qəbul edilən ziddiyyətli qərarın imzalandığı gün də,təsadüfü seçilməyib.Həmin gün,Azərbaycan Prezidentinin 1998-ci il 18 iyun tarixli sərancamı ilə Dövlət proqramında İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılması və Milli İnsan Hüququları günü kimi qeyd olunur.AİHM-nin qərarına görə,H.T. həmin dövrdə tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın silahlı qüvvələrində mayor rütbəsində xidmət edib. Strasburqa onun valideynləri və bacısı müraciət ediblər.

Erməni əsilli H.T. döyüş zamanı idarə etdiyi hərbi maşınla pusquya düşür və o, ağır yaralanaraq Azərbaycan hərbçilərinin nəzarətinə keçir.Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında isə H.T. ölümündən əvvəl ağır fiziki zorakılığa məruz qaldığı qeyd olunur və bu halları Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinə-yaşamaq hüququna, həmçinin 3-cü maddəsinin-işgəncənin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi baxımından zidd hesab edir(Qəribədir,Azərbaycan ərazisini işğal edib,xalqımıza qarşı soyqırımla müşahidə olunan əməllərilə qondarma bir ermənicik respublikanın yaradılmasını bəyan edənlərə qarşı Azərbaycan ordusu necə davranmalı idi?)Və Məhkəmə iddiaçı: erməni hərbiçisinin valideynlərinın və bacısının xeyrinə 14210 avronun Azərbaycan büdcəsindən alınması barədə qərar qəbul edib.Nə bizim eradan əvvəl və nə də,müasir dünyada bütün bəşəriyyətin gözü qarşısında davam edən mənasız müharibələri tənzimləyən qanunlar heç vaxt olmayıb.Həmişə məqsəd döyüşü qələbə ilə başa vurmaqdan ibarət olub.Dünya fatehləri tərəfindən qəbul edilən belə bir yazılmamış məcəllənin tələbindən Strasburq hakimlərinin bixəbər olması inandırıcı görünmür!

Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan əleyhinə qəbul etdiyi qərarda iddiaçının xeyrinə ayrılan məbləğ belə bölünüb:

* 60 000 avro — H.T.-nin valideynlərinə mənəvi zərərə görə;

* 30 000 avro — onun bacısına mənəvi zərərə görə;

* 14 210 avro — məhkəmə xərcləri və vəkil xərclərinə görə.

Beləliklə, ümumi məbləğ 104 210 avro təşkil edir.

AİHM-si H.T.-nin öldürülməsi ilə kifayətlənməyib. Onun valideynlərinin və bacısının mərhumun bədən üzvlərinin tabutda olmayan itkin hissələrini əldə edə və layiqli dəfn həyata keçirə bilmədiklərinə görə ciddi mənəvi iztirab keçirdiklərini Konvensiyanın 3-cü maddəsində təsbit olunanlara zidd hesab edib.

Digər mühüm məsələ isə AİHM-in Azərbaycanın həmin məkanda yurisdiksiya məsələsidir. Məhkəmə 2016-cı ilin aprel döyüşləri zamanı həmin ərazilər üzərində Azərbaycanın “effektiv nəzarəti”nin olub-olmadığını müəyyən etməyib. Lakin konkret H.T. ilə bağlı vəziyyətdə Azərbaycan dövlətinin yurisdiksiyasını “dövlət agenti və nəzarəti” prinsipi əsasında qəbul edib. Qeyd olunur ki, H.T pusquya düşərkən ağır yaralandığından döyüşmək bacarığı və ya özünü müdafiə imkanı tam tükəndiyindən faktiki olaraq erməni hərbiçisi üzərində Azərbaycan hərbiçilərinin “hakimiyyət üstünlüyü” yaranıb. Ona görə də,AİHM silahlı münaqişə şəraitində belə, artıq döyüş qabiliyyətini itirmiş şəxsin öldürülməsini və ona qarşı ağır zorakılığı Avropa İnsan Hüquqları Konvensiyasının 2 və 3-cü maddələri kontekstində qiymətləndirib.(?)

Amma bu, AİHM-in 2016-cı il Aprel döyüşləri üzrə ümumi hökmü deyil. Konkret H.T.-nin ölümü və onun ailə üzvlərinin şikayətləri üzrə fərdi bir işdir. AİHM-in rəsmi məlumatına görə,hazırda buna bənzər 21 digər ərizələrin də,məhkəmədə baxılacağı gözlənilir. Onların taleyi necə olacaq, bilinmir. Qərar 18 iyun 2026-cı ildə elan olunsa da, Palata qərarıdır və hələ yekun məhkəmə aktı sayılmırr. Konvensiyanın 44-cü maddəsinə əsasən, tərəflərin Böyük Palataya müraciət etməsi üçün üç ay müddəti var. Bu qərarın hüquqi məntiqi həqiqətən maraqlıdır və bəzi mühüm detallar yayılan məlumatlardan fərqlənir.

AİHM-si belə qənaətə gəlib ki, H.T. öldürüldüyü an artıq yaralı, hərəkətsiz və döyüş qabiliyyətini itirmiş şəxs olub. Məhkəmənin hüquqi xülasəsində H.T.-nin yaralandıqdan və artıq özünü müdafiə edə və müstəqil hərəkət edə bilmədikdən sonra Azərbaycan hərbçiləri tərəfindən öldürülüb. Məhkəmə bunu beynəlxalq humanitar hüquqla uyğun olmayan davranış kimi qiymətləndirib, yəni Beynəlxalq humanitar hüquqda “hors de combat”-hərbi əməliyyatda iştirak edə bilməyən, ağır yaralanmış və ya əsir götürülmüş şəxsin xüsusi müdafiə statusu pozulub.

Məhkəmənin məntiqi belədir ki, döyüş zamanı yaralanıb döyüş qabiliyyətini itirməklə qarşı tərəfin nəzarətinə keçməkdən sonra həmin şəxsin öldürülməsi artıq adi döyüş əməliyyatının nəticəsi kimi qiymətləndirilə bilməz.

Qərarın ən ağır hissəsi AİHM-nin H.T.-nin ölümündən əvvəl ağır fiziki zorakılığa məruz qalması qənaətinə gəlməsidir. Erməni tərəfinin təqdim etdiyi istintaq materialları və guya ekspert rəyi bu faktı təsdiq edir. Amma AİHM 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda 8 ailənin tamamilə məhv edilməsini, 613 nəfərin, o cümlədən 63-ü uşaq, 106-ı qadın, 70-i isə ahıl şəxslərin erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülməsini unudur.Zati Alilərinə demək istəyirəm: Təkcə 27 sentyabr - 10 noyabr 2020-ci ilə qədər erməni hərbiçiləri tərəfindən 93 nəfər dinc əhali - AİHM təbirincə desək “hors de combat” hərbi əməliyyatlarda iştirak edə bilməyən şəxslər genosid niyyətilə qətlə yetrilib.

AİHM-nin qəbul etdiyi qərarın ən maraqlı hüquqi tərəfi də diqqət çəkir. Hadisələr Azərbaycanın həmin vaxt faktiki nəzarətində olmayan ərazidə-keçmiş Dağlıq Qarabağ münaqişəsi zonasının yaxınığında baş verib. AİHM ,2016-cı ilin aprel döyüşləri zamanı həmin ərazilər üzərində Azərbaycanın və ya Ermənistanın “effektiv nəzarəti” olduğunu təsdiqləyən kifayət qədər əsasın olmadığını xüsusi olaraq vurğulasa da,amma yenə Azərbaycanın məsuliyyətini (bu məsələdə) aradan qaldırmağa hüquqi cəsarət tapmayıb.

Məhkəmə özünün hüquq düşüncəsinə uyğun bir hüquqi mexanizm tətbiq edir: Azərbaycan hərbçiləri H.T.-yə münasibətdə Konvensiyaya görə yurisdiksiyası yaranır. Məhkəmə konkret olaraq bu əməldə Azərbaycan hərbçilərinin H.T. üzərindəki fiziki hakimiyyətini və nəzarətini əsas götürüb.(?)

Məsələyə Azərbaycan hökumətinin mövqeyi də bəllidir. AİHM-nin qeydinə görə Azərbaycan hökumətinin AİHM-ə yazılı müşahidələri təqdim olunub və məhkəmə onları nəzərdən keçirib. Ermənistan hökuməti də işə müdaxilə edərək öz mövqeyini təqdim edib. AİHM qəbul etdiyi qərarın hüquqi xülasəsində iddianın “plausible and substantially accurate”-yəni kifayət qədər əsaslı və mahiyyət etibarilə doğru olduğu qənaətinə gəldiyini göstərir.Bir növ prezumpsiyaya söykənir,zənnə qapılaraq qərar qəbul edir.

AİHM erməni tərəfinin iddiasını araşdıran zaman bir nəfərin məruz qaldığı rəftara,onun ailə üzvlərinin mənəvi iztirabına daha çox diqqəti yönəldib,sübyektiv yanaşma nümayiş etdirib. Lakin Azərbaycanın 30 il ərzində Avropanın, BMT-nin göz yumduğu, susqunluq nümayiş etdirdiyi erməni təcavüzü nəticəsində 20 min şəhidə görə,minlərlə itkin düşmüş şəxslər və bu gün də mina terrorundan həyatını və əzalarını itirənlərə görə çəkilən iztirabları görmür,naləni eşitmir.Səmavi Kitabın dili ilə ifadə etsəm,sanki kar,kor və laldırlar!

Minalardan və hərbi sursatların partlaması nəticəsində qurbana çevrilən 437 Azərbaycan vətəndaşlarının taleyi niyə unudulur? Qarabağ müharibəsi nəticəsində 15 min şəhid və ya 4000 nəfər itkin düşmüş, 250 nəşin təhvil verildiyi ailələrin iztirabları niyə eşidilmir?...

Yuxarıda qeyd etdiyim kimi 18 iyun 2026-cı il tarixli qərar Palata (Chamber) qərarıdır və hələ yekun qərar sayılmır. Konvensiyanın 43 və 44-cü maddələrinə əsasən tərəflər qərarın elanından üç ay ərzində Böyük Palataya müraciət edə bilərlər. Müraciət olunmazsa , qərar qüvvəsini alacaq və onun icrasına Avropa Şurasının Nazirlər Komitəsi nəzarət edəcək.

Diqqət çəkən digər məqam ondan ibarətdir ki, Aprel döyüşləri zamanı oxşar iddialarla bağlı daha 21 ərizə hazırda AİH məhkəməsinin icraatındadır. Bu səbəbdən 18 iyun tarixli qərar hüquqi qüvvəsini alarsa gələcək analoji işlər üçün hüquqi presedent daşıya bilər.

AİHM hadisə ilə bağlı Azərbaycan Hökümətinin mövqeyini də təqdim edir:

- Hadisənin baş verdiyi ərazi uzun illər Azərbaycan dövlətinin faktiki nəzarətində yox, Ermənistan qüvvələrinin nəzarətində olub.

- Həmin vaxt Azərbaycan hərbçiləri Talış kəndinə deyil, ətrafdakı yüksəkliklərə nəzarət edirdi.

- AİHM-nin araşdırılması nəticəsində Azərbaycan hərbçilərinin H.T.-yə fiziki nəzarət etməsi və onun öldürülməsində iştirak etməsi faktı səhih prosessual mənbələrə söykənmir.

- Ailənin baş vermiş hadisə üzrə Azərbaycan daxilində hüquqi müdafiə vasitələrindən istifadə etməsi ilə bağlı hər hansı bir müraciəti olmayıb.

Yəni hadisənin Azərbaycan hərbçiləri tərəfindən törədilməsi hamıya bəlli faktlarla sübut olunmayıb. AİHM isə Azərbaycanın təqdim etdiyi arqumentini qəbul etməmişdir.Yenə “Niyə?”sualı cavabsız qalır

Məhkəmə “State agent authority and control”, yəni dövlət agentlərinin konkret şəxs üzərində hakimiyyəti və nəzarət prinsipini əsas götürmüşdür. Başqa sözlə ifadə etsəm, AİHM bir tərəfin-erməni tərəfinin iztirablarına üz tutur,onu ÖZÜNÜNKÜLƏŞDİRİR! Lakin “H.T.” əgər Azərbaycan hərbiçilərinin pusqusuna düşməsəydi, daha neçə Azərbaycanlı ailəsini ağrılara, mənəvi əzablara və iztirablara məruz qoyacaqdı, - gözlənilənləri qulaqardına vurur. Düşmən əsgərinin pusquya düşdüyü ana qədər və ya pusquya düşməsəydi hansı, ağır və xüsusilə ağır cinayətlərin törədilməsini proqnozlaşdırmayıb,nə keçmiş ,nə də gələcək zamanda törədilə biləcək xüsusilə ağır əməllərinə məhəl qoyulmayıb. Nə üçün?

AİH məhkəməsinin mövcud sübutların qiymətləndirilməsi də çox maraqlıdır. Azərbaycan respublikası Müdafiə Nazirliyi açıqlamalarında qeyd edir ki, Azərbaycan 2 aprel 2016-cı ildə Talış ətrafındakı yüksəkliklər və hərbi mövqelər “düşmən qüvvələrindən tam təmizlənmişdir”. Məhkəmə də faktiki olaraq Azərbaycan tərəfinin Talış ərazisində hərbi iştirakını təsdiqləyən məlumatları nəzərə alıb. Lakin,AİHM qərarında ehtimallara söykənərək hadisə yerinin xüsusiyyətləri barədə qeyd edir: H.T.-nin olduğu hərbi maşın(hərbi maşın H.T-nin yaşadığı həyətində olsaydı,məhkəmə ilə razılaşmaq olardı.Amma Azərbaycana qarşı döyüş bölgəsində,xidmətdə olub.) hücuma məruz qalmış, sonra onun meyiti maşından təxminən 30 metr aralıda tapılmışdır. AİHM faktı digər sübutlarla birlikdə qiymətləndirib.Qərarın qəbul edilməsində mübahisəli sübut növü kimi yayılan bir fotonun olmasıdır. AİHM-in xüsusi diqqət yetirdiyi sübutlardan biri Azərbaycan əsgəri olduğu ehtimal edilən R.A. adlı şəxsin Facebook paylaşımı olub. Paylaşımda H.T.-nin kəsilmiş başının və biləklərinin olduğu, həmin şəxsin isə azərbaycanca “I have got one” məzmununda yazı yazdığı göstərilir.AİHM-nin” möhtərəmləri”ermənilərin və yaxud digər millətlərdən olanların da azərbaycan dilində yaxşı danışdıqlarının fərqində olmalıydılar.Ona görə də,Fotonun azərbaycanlı hərbiçiyə məxsus olması ehtimala söykəndiyindən əsas sübut faktı kimi qəbul edilə bilməz!

Ən mühüm hüquqi məqam: Qərarın hüquqşünas üçün ən maraqlı hissələrindən biri sübutetmə yükünün kimə həvalə edilməsidir. Qəribədir, AİHM ərizəçilərin hüquqi əsaslara uyğun olmayan versiyasını “plausible” inandırıcı və ağlabatan hesab edir,(?) Azərbaycan tərəfinin təqdim etdiklərini isə iş üçün əhəmiyyət daşımadığı qənaətinə gəlir. (?)

Sonra AİHM-si belə nəticəyə gəlib ki, Azərbaycan hökuməti həmin versiyanı təkzib edən real alternativ izahat və konkret sübutlar təqdim etməyib. Məhkəmə faktiki olaraq ərizəçilərin fərziyələrini,bir tərəfin marağını ifadə edən tibbi ekspertizanın rəyini, hadisə yerinin müayinəsi ilə bağlı materialları və yenə,bir tərəfin marağını körükləyən şahidlərin ifadələrinə istinad edərək Azərbaycan hərbçilərinin həmin ərazidə olması barədə məlumatları,fotonun kimə məxsus olması və ya fotonu nümayiş etdirənin kimliyi barədə təkzib olunmaz mənbələrə istinad etmədən,məhkəmə üçün qeyri ciddi sübut növlərini ciddi və inandırıcı sübut kompleksi kimi qəbul edib.(?)Çox təəssüf!

AİHM-nin belə yanaşması “sadəcə erməni tərəfinin iddiasına inanıldı” kimi sadələşdirilmiş izahdan başqa bir şey deyildir, - qənaətini hasil edir.

Bəs,Azərbaycan tərəfi “H.T. döyüş zamanı öldürülüb”,- deyə bilərdimi? Bu, işin mahiyyətini dəyişən əsas sualdır.

AİHM H.T.-nin öldürülməsini Beynəlxalq humanitar hüquqa zidd hərəkət hesab edib.Amma, Beynəlxalq hüququn hamılıqla tanınan 10 prinsipinin 30 il ərzində hər gün və bu gün də pozulduğunu guya görmürlər.(?). Niyə susqunluq nümayiş etdirilir?

AİHM hesab edib ki, əllərin sağ ikən kəsilməsi və ardınca başın kəsilməsi son dərəcə ağır fiziki zorakılıqdır. Məhkəmə bu rəftarı sadəcə “qeyri-insani rəftar” səviyyəsində saxlamayıb. Konvensiyanın 3-cü maddəsi baxımından “işgəncə” kimi qiymətləndirir və Azərbaycan hərbiçilərinin H.T. ilə bağlı hərəkətlərini xarakterinə görə yüksək dərəcəli qəddarlıq adlandırılır. Yenə bir fikir önə çıxır:30 il ərzində Azərbaycana qarşı soyqırım cinayətlərinə niyə göz yumulub? Minalaardan əziyyət çəkən, dünyasını itirənlərlə bağlı Azərbaycan tərəfinin bəyanatlarına niyə məhəl qoyulmur?

Nəhayət,müharibədə zəfər qazanan Azərbaycan hərbi qulluqçularının məsuliyyətə cəlb edilməsi hüquqi nihilizmdən başqa bir şey deyil!. Erməni vəhşiliyi nəticəsində - xüsusilə ağır qətliamlar 17.02.92-ci iıdə Qaradağlı kəndində baş verənlər nəticəsində 80 nəfərdən çox azərbaycanlı, Ağdaban qətliamında 08.04.92-ci ildə baş verənlər nəticəsində 67 nəfər dinc sakin, Ballıqaya qətliamında 28.08.92-ci ildə törədilən xüsusi amansızlıqla törədilən,xüsusilə ağır əməllər nəticəsində 24 nəfər və 6 uşaq vəhşicəsinə öldürülmüşdür. Bağanis – Ayrımda 24.03.90-cı ildə erməni hərbiçilərin xüsusi amansızlığı nəticəsində isə 9 nəfər, 39 günlük körpə də qətlə yetirilmişdir. Qeyd etdiklərim qətliamın canlı sübutudur.

AİHM-si Azərbaycan hökumətinin,- “ərizəçilər Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət etməyiblər və Azərbaycan Cinayət Məcəlləsində müharibə cinayətləri və meyitin təhqir olunmasına görə məsuliyyət nəzərdə tutulur”- arqumentini qəbul etmir,səbəbini isə aşağıdakı xüsusatlarla əlaqələndirir:“- Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər bərpa olunmamışdır.”

Məhkəmə həmçinin,həmin dövrdə münaqişə zonasının Azərbaycan dövlətinin effektiv nəzarətində olduğunu da müəyyən etməyib.Bəlkə də ehtiyac duymayıb.Lakin,Azərbaycan Hökumətinin yurisdiksiyanı konkret H.T-nin əsir düşdüyü zaman üzərində qurub və müəyyən edib.

Səsvermə zamanı da,qərar yekdilliklə qəbul edilməyib, AİHM-nin 7 hakimdən ibarət tərkibin Birinci Bölməsində,- 6 hakimi — pozuntu olduğu qənaətində,1 hakim isə əleyhinə olub. Bu həm 2-ci maddə üzrə, həm H.T.-yə işgəncə ilə bağlı 3-cü maddə üzrə, həm də ailə üzvlərinin özlərinin məruz qaldığı rəftarla bağlı 3-cü maddə üzrə göstərilib.

Qərar “Azərbaycan Aprel döyüşlərinə görə məsuliyyət daşıyır”,-anlamına gəlmir. Konkret olaraq H.T. işi üzrə Azərbaycanın Konvensiya yurisdiksiyasını və konkret hüquq pozuntularını müəyyən edib(?). AİHM-in məlumatına görə, Aprel döyüşləri ilə əlaqəli daha 21 oxşar ərizə məhkəmənin qarşısındadır.

Şəmsəddin Əliyev

Hüquqşünas,

Birinci Qarabağ müharibəsinin veteranı,

komandiri




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ