Ermənistanın Baş naziri Nikol Paşinyan "Armenian News" qəzetinin azərbaycanlı əsgərlə bağlı sualını cavablandırmaqdan imtina edib.
Jurnalist Ermənistana keçən azərbaycanlının taleyi ilə bağlı hələ qərar verilib-verilmədiyini soruşub. Baş nazir isə onun sualına cavab verməkdən imtina edib, sadəcə "Cümə axşamı brifinqimiz var" deyib.
Paşinyandan qərar verilib-verilmədiyi və ekstradisiya edilib-edilməyəcəyi soruşulduqda, o, cavab verməyib.
Qeyd edək ki, Ermənistan Azərbaycan hərbçisi Nəsimi Musayevin oktyabrın 1-də saxlanıldığını açıqlayıb. Hərbi hissəni özbaşına tərk etdiyi bildirilən Nəsimi Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçildiyi açıqlanıb.
Tahir TAĞIYEV