Səudiyyə Ərəbistanının iki hava limanı hücuma məruz qalıb. Səudiyyə Mülki Aviasiya Baş İdarəsi sosial mediada bildirib ki, hücumlar nəticəsində ölkənin cənubundakı Nəcran və Cizan şəhərlərindəki hava limanlarına ziyan dəyib.
"5 oktyabr axşamı Cizandakı Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Hava Limanına və Nəcrandakı beynəlxalq hava limanına hücum edilib, nəticədə üç nəfər yüngül xəsarət alıb və maddi ziyan dəyib", - deyə nazirlik qeyd edib.
Tahir TAĞIYEV