Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Kalininqrad bölgəsinə hücum təhdidlərinin əvvəllər Baltikyanı ölkələr və digər NATO üzv dövlətləri tərəfindən gəldiyini bildirib.
O əlavə edib ki, Rusiya bununla bağlı sonradan bəyanat verib, alyans nümayəndələri isə Moskvaya Rusiyaya hücum etmək planlarının olmadığına dair zəmanət veriblər.
"Onlar dərhal bizi əmin etməyə başladılar. NATO-nun baş katibi Mark Rutte və ABŞ-ın Brükseldəki Şimali Atlantika Alyansındakı nümayəndəsi cənab Uitaker bizi əmin etdilər ki, NATO-nun Rusiyaya hücum etmək planı yoxdur və ola da bilməz", - deyə Lavrov bildirib.
Nazir həmçinin Rusiya Prezidenti Vladimir Putinin Kalininqrad vilayətinə və ya Rusiyanın digər bölgəsinə birbaşa hücum halında bütün növ silahlardan istifadənin mümkünlüyü barədə açıqlamasını da xatırladıb.
Tahir TAĞIYEV