Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanninq Almaniyada həbs edilib. Alman mediasının məlumatına görə, Baş Prokurorluq 80 yaşlı təqaüdçü məmuru araşdırır. O, xəyanət və casusluqda şübhəli bilinir, lakin kimin xeyrinə, hələlik açıqlanmır.
Die Zeit qəzeti həm Hanninqə, həm də BND-nin digər əməkdaşına qarşı istintaqın aparıldığını öyrənib. Onlar "dövlətə xəyanət, dövlət sirlərini toplamaq və digər casusluq formaları"nda şübhəli bilinirlər.
"İşin mahiyyəti ondan ibarətdir ki, artıq təqaüdə çıxmış Hanninq Federal Kanslerlikdə həftəlik görüşlər üçün BND tərəfindən hazırlanmış və ciddi məxfilikdə saxlanılan informasiya materiallarını (sözdə "kəşfiyyat brifinqləri") əldə edib. Mövcud məlumata görə, o, bu məqsədlə sənədləri idarə edən yüksək vəzifəli BND məmuruna pul ödəyib", - qəzet yazır.
İstintaq hazırda Hanninqin "müxtəlif şirkətlərə məsləhətçi kimi işində aldığı məlumatlardan istifadə etməsi və hətta onu satmaq niyyətində olması" ehtimalını araşdırır.
Tagesschau qəzeti öz mənbələrinə istinadən yazır ki, "ən azı bir halda Avqust Hanning xarici kəşfiyyat xidmətinə məlumat ötürüb".
Hələlik əlavə məlumat verilmir.
SAMİRƏ