Fransada iki həftədir davam edən tələbə etirazları fonunda gərginlik yüksək olaraq qalır. Nümayişlərdə minlərlə insan saxlanılıb, yüzlərlə insan yaralanıb.
Bəzi ərazilərdə etirazlar zorakılığa çevrildiyindən, ABŞ səfirliyi və Fransadakı konsulluqları ölkədəki Amerika vətəndaşlarına xəbərdarlıq edib. Səfirliyin açıqlamasında amerikalılardan nümayişlərin keçirildiyi ərazilərdən uzaq durmaları, alternativ yollar seçmələri və Fransa hakimiyyət orqanlarının açıqlamalarını diqqətlə izləmələri istənilib.
ABŞ səfirliyinin təhlükəsizlik xəbərdarlığında tələbə etirazlarının "zorakılığa çevrildiyi" bildirilir.
Amerika vətəndaşlarına nümayişlərin keçirildiyi ərazilərdən uzaq durmaq, səyahət üçün əlavə vaxt ayırmaq və polis və yerli medianın yeniliklərini izləmək tövsiyə olunub.
Tahir TAĞIYEV