çərşənbə günü, 07 oktyabr 2026
     

Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

Image


Ermənistan parlamenti Erməni Apostol Kilsəsindəki "böhranı araşdırmaq" məqsədilə yaradılmış istintaq komissiyasının tərkibini müəyyənləşdirib. Komissiyada 11 deputat olacaq: 7-si hakim "Vətəndaş müqaviləsi", 3-ü "Güclü Ermənistan", 1-i isə "Ermənistan" fraksiyasından. Müxalifət fraksiyalarının nümayəndələri səsvermədə iştirak etməyəcəklərini əvvəlcədən açıqlasalar da, komissiyada onların yerləri saxlanılıb.

Komissiya kilsə daxilindəki fəaliyyətlərlə bağlı mümkün qanun pozuntularını, maliyyə şəffaflığını, vergi öhdəliklərini, kilsə əmlakının hüquqi statusunu və Milli-Kilsə Məclisinin çağırılması məsələlərini araşdıracaq. Hakim "Vətəndaş müqaviləsi"nin deputatı Arman Yeqoyan bildirib ki, Erməni Apostol Kilsəsinin Konstitusiya və qanunvericiliklə xüsusi statusu olduğundan, bu statusa uyğun məsuliyyət mexanizmləri də olmalıdır.

Komissiya oktyabrın 2-də yaradılıb. Bu addım Baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsinin rəhbərliyi arasında uzun müddətdir davam edən qarşıdurmanın fonunda atılıb. Paşinyan daha əvvəl katolikos II Qareginin kilsəni "ələ keçirdiyini" iddia edib və kilsənin idarəetmə sistemində qanunvericilik dəyişikliklərinin zəruri olduğunu bildirib.

Sentyabrın 24-də Paşinyanın tapşırığı ilə kilsədəki böhranla bağlı hökumət hesabatı da açıqlanıb. Müqəddəs Eçmiədzin bu hesabatı konstitusiyaya və qanunlara zidd, kilsənin daxili işlərinə siyasi müdaxilə kimi qiymətləndirib.

Ermənistan parlamentində "Güclü Ermənistan" və "Ermənistan" fraksiyaları əvvəlcədən bu komissiyanın səsverməsində iştirak etməyəcəklərini və onun tərkibinə daxil olmayacaqlarını açıqlasalar da, son nəticədə hər iki fraksiyaya komissiyada yer ayrılıb. Bu ziddiyyət necə izah olunur? Müxalifət bu komissiyada iştirak etmədiyini bəyan etdiyi halda, onların nümayəndələrinin tərkibə daxil edilməsi hansı hüquqi və siyasi mexanizmə əsaslanır?

Akif Nağı: "Paşinyan üçün müqəddəs və toxunulmaz heç nə qalmayıb"

Akif Nağı:

Politoloq Akif Nağı məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Paşinyan müxtəlif istiqamətlərdə hücuma keçir və mövqeyini möhkəmləndirməyə çalışır: "Heç nədən çəkinmir. Paşinyan üçün müqəddəs və toxunulmaz heç nə qalmayıb. Hakimiyyətini möhkəmləndirir və bunun üçün hər şeyin üzərindən addımlayıb keçir.

Uzun müddətdir, 100-200 ildir Ermənistanda belə hesab edirdilər ki, kilsəyə heç kim əl qata, ona toxuna bilməz. Paşinyan bu stereotipi də sındırdı və sındırır. O göstərmək istəyir ki, hər kəs qanun qarşısında cavab verməlidir.

Doğrudan da, kilsənin xüsusi statusu var. Bu da onların keçmişi və tarixi ilə bağlıdır. Kilsə bu toplumu qoruyub, saxlayıb, onu ətrafında birləşdirib, istiqamətləndirib, ideya verib və müdafiə edib. Ona görə də kilsənin erməni cəmiyyətində, hər bir erməninin həyatında, kökündə və əcdadlarında xüsusi rolu olub. Bunu onlar yaxşı bilirlər.

Paşinyan kilsənin həqiqi iç üzünü ortaya çıxarmaq üçün çox əziyyət çəkib. Çünki bura oğru-quldur yığıncağıdır. Bunlar nə millət, nə xalq, nə də dövlət üçün düşünürlər, yalnız özlərini düşünür və haradansa tapşırıqlar alırlar. Elə buradan da görünür ki, onların aldığı tapşırıqlar Rusiyadandır. Rusiyanın əmrlərini yerinə yetirirlər.

Paşinyan indi onların qarşısını almaq, bu məsələni bitirmək istəyir. Komissiya yaradır, prosesə qanuni don geyindirməyə və qanun çərçivəsində hərəkət etməyə çalışır. Yoxlasınlar, baxsınlar. Əgər doğrudan da bunların gizlətməli bir şeyləri, cinayətləri yoxdursa, onda nədən qorxurlar ki komissiya yaransın və araşdırma aparılsın? Deməli, orada çoxlu nəzərə çarpmayan və üzə çıxa biləcək hallar var ki, onların aşkar olunmasından ehtiyat edirlər.

Vaxt var idi, XX əsrin əvvəllərində Erməni Kilsəsi yenə də tam şəkildə nəzarətsiz bir quruma çevrilmişdi. Heç kim ora daxil ola bilmirdi və həmin kilsə o vaxtlar terror yuvasına, çirkli pulların yuyulmasına və əldə edilməsinə, ən eybəcər hallara məkan olmuşdu, hətta silah anbarına çevrilmişdi. Bunu II Nikolay gördü. Bu məsələ haqqında ona məlumat verdilər. Dəhşətə gəldi ki, dövlətin içərisində bunlar dövlət yaradıblar. Kilsənin bütün hüquq və imtiyazlarını əlindən aldı. Əmlaklarının böyük hissəsinin müsadirə olunması haqqında qanun verdi. Onlar da II Nikolaya qarşı sui-qəsd və terror hərəkətlərinə başladılar. Ən çox nifrət etdikləri şəxs II Nikolay idi.

İndi də həmin situasiyadır. Paşinyan buna qarşıdır. Paşinyan doğrudanmı erməni kilsəsinin xüsusi roluna nöqtə qoya biləcək?

Yeri gəlmişkən, onların kilsəsinə "Apostol Kilsəsi" deyirlər. Mən ermənilərlə diskussiyalarda, sosial şəbəkələrdə dəfələrlə deyirəm: "Haysınız? "Ermənistan Apostol kilsəsi" hansı apostolun iştirakı ilə, hansı apostolun xeyir-duası ilə yaradılıb? Hansı apostolun xeyir-duası ilə yaranıb erməni kilsəsi?"

Bəzi mənbələrə görə, Faddey regiona gəlmişdi. Faddeyi də Azərbaycan ərazisində, Urmiya gölü sahillərində Zərdüşt dininə sitayiş edən soydaşlarımız, əcdadlarımız öldürüblər. Ondan sonra onun şagirdi Yelisey Qüdsə getmiş, orada apostollardan xeyir-dua almış və qayıdaraq Şimali Azərbaycanda, indiki Şəki rayonu ərazisində, qədim mənbələrdə Qıs adlandırılan Kiş kəndində kiçik bir kilsənin bünövrəsini qoymuşdu. Sonra onu öldürdülər, amma kilsə artıq qurulmuşdu və həvarilərin xeyir-duası ilə yaradılmışdı.

Ermənilərdə belə bir şey yoxdur. Mən soruşuram ki, sizin kilsəniz nə vaxt olub, hansı apostol yaradıb? Ona görə də xahiş edirəm, heç kim "Erməni Apostol Kilsəsi" ifadəsini işlətməsin. Mən hər yerdə, televiziyaya gedəndə də deyirəm: bu nədir, titrlərdə “Erməni Apostol Kilsəsi” yazırsınız? Haradan oldu bu? Ermənilərin yalanlarını təbliğ etmək lazım deyil.

Ona görə də indi bu məsələni ortaya qoyublar. Paşinyan çalışır ki, müxalifət də bu prosesdə iştirak etsin. Məsələnin əleyhinə olsalar belə, müzakirələrdə iştirak etsinlər və faktları öz gözləri ilə görsünlər. Əgər ortada faktlar və cinayət faktları varsa, onları müdafiə edəcəklərsə, burada onun məqsədi müxalifəti bir daha divara dirəmək və ifşa etməkdir. Əgər faktlar ortadadırsa, onları görməzliyə vuracaq, kilsəni yenə də müdafiə edəcəklərsə, deməli, həmin cinayətlərə şərikdirlər.

Burada Paşinyanın çoxgedişli bir kombinasiyası var. Bir tərəfdən kilsəyə qarşı addımlarını davam etdirir, digər tərəfdən müxalifəti də dəvət edir ki, gəlib komissiyada iştirak etsinlər. Ona görə də, baxmayaraq ki, onlar iştirak etməyəcəklərini deyirlər, hər halda onların nümayəndələrini komissiyaya daxil edir və hansısa məqamda gəlib iştirak edə bilmələri üçün şansı saxlayır.

Ola bilsin, xaricdən, Rusiyadan onlara desinlər ki, gedin iştirak edin və komissiyanın işini pozun. Yaxud kilsə onlara desin ki, heç olmasa məlumat əldə etmək üçün gedin və orada iştirak edin. Ona görə də Paşinyan öz borcunu qanun qarşısında yerinə yetirir, onların nümayəndələrini dəvət edir və komissiyaya daxil edir.

İndi onlar iştirak edəcəklər, etməyəcəklər – hər iki halda bu, onların ziyanına ola bilər. Paşinyan özünü növbəti dəfə demokrat kimi göstərir: yəni "Mən demokratam, onlar müxalifətdir, onları dəvət etdim, onlar da iştirak edirlər. İştirak etmirlərsə, özləri bilərlər".

Beləliklə, Paşinyan həm kilsəyə qarşı işlərini görür, eyni zamanda müxalifəti də çətin vəziyyətə salmaq üçün bu cür addımlardan istifadə edir. Mən hesab edirəm ki, məqsəd bundan ibarətdir. İstənilən halda Paşinyan üstün tərəf olacaq”.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:22
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ