Təxminən 16 il əvvəl Azərbaycanda olmuşam. O vaxt müharibə nəticəsində yurdlarından didərgin düşmüş insanlarla görüşdüyümü və onların hekayələrini dinlədiyimi xatırlayıram. İndi sülhün əldə olunması necə də böyük irəliləyişdir.
Bunu Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Qraham Stüart Breydi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda çıxışı zamanı deyib.
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi, onların hekayələri məlum olmadığı müddətdə dəhşətli qeyri-müəyyənlik içində qalan ayrı-ayrı insanlar, ailələr və icmalar üçün bu məsələyə son qoymaq mümkün deyil", - deyə o vurğulayıb.