FBI direktoru Kaş Patel və kantri müğənnisi Aleksis Vilkins nişanlandıqlarını elan ediblər. 27 yaşlı Vilkins "X" sosial şəbəkəsində nişan üzüyünün əks olunduğu bir foto paylaşıb. O, 46 yaşlı Patel ilə 2023-cü ildən, yəni Patel FBI direktoru təyin olunmazdan iki il əvvəldən bəri münasibətdədir. KİV-in məlumatına görə, Vilkinsin ata babası, guya vaxtilə “Erməni Soyqırımından” qaçıblar. O, 2023-cü ildə debüt albomunu buraxıb və mühafizəkar təşkilatlarla əməkdaşlıq edib. Patel daha əvvəl Pensilvaniyada keçirilən və Vilkinsin dövlət himnini ifa etdiyi peşəkar güləş tədbirinə getmək üçün hökumət təyyarəsindən istifadə etdiyinə görə tənqid olunmuşdu. Müğənni həmçinin ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi və ABŞ-ın 250 illiyinə həsr olunmuş tədbirdə çıxış edib.
SAMİRƏ