Cümə axşamı günü, 08 oktyabr 2026
     

Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

Image


Bu gün Azərbaycanla Mərkəzi Asiya coğrafiyası arasında münasibətlər öz inkişaf dinamikasına görə dünyada ən uğurlu nümunələrdən birinə çevrilib. Bu, həm də ölkəmizin çoxşaxəli xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Mərkəzi Asiya kimi coğrafiyada yerləşən ölkələrlə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın regional mövqelərinin möhkəmləndirilməsi ilə yanaşı, Şərq ilə Qərb arasında mühüm bağlantı rolunun daha da gücləndirilməsinə xidmət edir. Bu baxımdan Azərbaycan ilə Türkmənistan arasında münasibətlər xüsusi əhəmiyyət daşıyır. İki ölkə arasında formalaşmış münasibətlər yalnız dövlətlərarası əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır, xalqlarımızı birləşdirən tarixi, mədəni, dil, etnik və dini yaxınlıqlara söykənir.

Azərbaycan və türkmən xalqları bir soykökündən gələrək ortaq tarixi-mədəni mühitin daşıyıcıları olublar. Bu yaxınlıq müasir dövrdə siyasi münasibətlərin inkişafı üçün möhkəm mənəvi zəmin yaradıb. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması isə ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ oldu. Bu sənəddən sonra qarşılıqlı münasibətlər daha sistemli xarakter alaraq siyasi dialoqdan iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və humanitar əməkdaşlığa qədər geniş bir sahəni əhatə etməyə başlayıb. Bugünədək iki ölkə arasında müxtəlif sahələr üzrə 108 sənədin imzalanması əlaqələrin hüquqi bazasının kifayət qədər möhkəm olduğunu göstərir. Azərbaycan–Türkmənistan münasibətlərinin inkişafında dövlət başçılarının siyasi iradəsi mühüm rol oynayır. Prezident İlham Əliyevin Türkmənistana həyata keçirdiyi rəsmi və işgüzar səfərlər, Türkmənistandan olan həmkarı Sərdar Berdiməhəmmədovun Azərbaycana səfərləri və keçirilən yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərə yeni dinamika gətirib. Qarşılıqlı səfərlər zamanı əldə olunan razılaşmalar siyasi dialoqun möhkəmlənməsi ilə yanaşı, konkret layihələrin həyata keçirilməsinə də imkan yaradıb. Bu münasibətlərin yeni mərhələsi 2026-cı il oktyabrın 8-9-da prezident İlham Əliyevin Türkmənistana növbəti işgüzar səfəri ilə bağlıdır. Səfər çərçivəsində Azərbaycan prezidentinin Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə, MDB Dövlət Başçıları Şurasının iclasında və Xəzər Ekoloji Sammitində iştirakı nəzərdə tutulur. Belə platformalar Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Türkmənistan lideri Sərdar Berdiməhəmmədov ilə ikitərəfli görüş isə iki ölkənin gündəliyində duran məsələlərin müzakirəsi üçün mühüm imkan yaradır. Azərbaycan–Türkmənistan münasibətlərinin diqqət çəkən istiqamətlərindən biri də regional əməkdaşlıqdır. Hər iki ölkə BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, UNESCO, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda qarşılıqlı əməkdaşlıq edir. Türkmənistanın bitərəf dövlət statusu isə onun xarici siyasətində özünəməxsus yer tutur. 1995-ci ildə BMT Baş Assambleyasının Türkmənistanın daimi bitərəfliyini tanıyan qətnamə qəbul etməsi bu statusun beynəlxalq hüquqi əsasını möhkəmləndirib. Azərbaycan da Türkmənistanın bu siyasətini nəzərə alaraq qarşılıqlı hörmət və suverenliyə əsaslanan münasibətləri inkişaf etdirir.

İqtisadi münasibətlər də iki ölkə arasında əməkdaşlığın mühüm dayaqlarından biridir. Azərbaycan–Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti bu sahədə mövcud potensialın reallaşdırılmasına xidmət edir. Komissiyanın 2026-cı il iyulun 8-də Aşqabadda keçirilmiş 9-cu iclası iqtisadi əlaqələrin gündəmdə saxlanıldığını göstərir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 208,39 milyon dollar təşkil etməsi, 2026-cı ilin yanvar-iyul aylarında isə 63,35 milyon dollara çatması iqtisadi əməkdaşlığın mövcud səviyyəsini nümayiş etdirir. Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın strateji əhəmiyyət kəsb edən istiqamətlərindən biri enerji və nəqliyyatdır. 2021-ci ildə Xəzər dənizində yerləşən “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə işlənməsi haqqında Anlaşma Memorandumunun imzalanması iki ölkənin enerji əməkdaşlığında yeni səhifə açdı. Azərbaycanın inkişaf etmiş enerji və nəqliyyat infrastrukturu Türkmənistanın enerji resurslarının dünya bazarlarına çıxarılması baxımından mühüm imkanlar yaradır. Nəqliyyat sahəsində göstəricilər də əməkdaşlığın perspektivlərini nümayiş etdirir. 2025-ci ildə Azərbaycanla Türkmənistan arasında tranzit daşımaların həcmi 2 milyon 344 min ton təşkil edib. 2026-cı ilin yanvar-avqust aylarında isə bu rəqəm 2 milyon 29 min tona çatıb və əvvəlki dövrlə müqayisədə əhəmiyyətli artım qeydə alınıb. Bu göstəricilər Xəzər üzərindən keçən nəqliyyat marşrutlarının və Azərbaycan-Türkmənistan əməkdaşlığının regional tranzit sistemində əhəmiyyətini bir daha ortaya qoyur. İki ölkə arasında əməkdaşlığın simvolik məqamlarından biri “Dostluq” tankerinin istifadəyə verilməsidir. Bakı Gəmiqayırma Zavodunda Türkmənistan üçün inşa olunan 8 min tonluq tanker 2026-cı ilin iyununda Türkmənistan prezidentinin Azərbaycana səfəri zamanı Türkmənistan tərəfinə təqdim olunub. Bu layihə yalnız iqtisadi əməkdaşlığın deyil, iki ölkənin Xəzər dənizində nəqliyyat və enerji potensialından birgə istifadə etmək istəyinin də göstəricisidir. Azərbaycan–Türkmənistan münasibətlərinin ən mühüm cəhətlərindən biri isə onların yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmamasıdır. Mədəni-humanitar əlaqələr xalqlarımız arasında mövcud olan mənəvi yaxınlığı daha da gücləndirir. 2025-ci ildə Azərbaycanda Türkmənistan mədəniyyəti günlərinin, 2026-cı ildə isə Türkmənistanda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi qarşılıqlı mədəni mübadilənin uğurlu nümunələridir. Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin Aşqabadda nümayiş etdirilməsi Azərbaycan mədəniyyətinin Türkmənistan ictimaiyyətinə təqdim olunmasının diqqətəlayiq nümunələrindəndir. Humanitar əməkdaşlığın başqa bir mühüm nümunəsi Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Türkmənistan tərəfindən məscid kompleksinin inşa edilməsidir. 2025-ci ilin oktyabrında məscidin təməlinin qoyulması iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin rəmzi kimi qiymətləndirilə bilər. Bu layihə eyni zamanda Qarabağın bərpasına beynəlxalq dəstəyin və dini-mənəvi həmrəyliyin ifadəsidir. Təhsil və gənclər arasında əlaqələr də münasibətlərin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ali təhsil müəssisələrində Türkmənistan vətəndaşlarının təhsil alması, universitetlər arasında əməkdaşlıq memorandumlarının imzalanması iki ölkənin gələcək nəsilləri arasında əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradır. Çünki dövlətlərarası münasibətlərin davamlılığı yalnız siyasi qərarlardan deyil, xalqlar arasında formalaşan etimad və humanitar bağlardan da asılıdır. Bakı və Aşqabad, Arxadağ və Füzuli şəhərləri arasında qardaşlaşma münasibətlərinin mövcudluğu da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə əlaqələr şəhərlər səviyyəsində əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinə və xalqların bir-birini daha yaxından tanımasına imkan verir. Bütün bunlar göstərir ki, Azərbaycan–Türkmənistan münasibətləri çoxşaxəli və strateji xarakter daşıyır. Tarixi və mədəni yaxınlıq siyasi etimad üçün möhkəm təməl yaradır, iqtisadi və enerji əməkdaşlığı qarşılıqlı maraqları artırır, nəqliyyat layihələri iki ölkəni regional bağlantıların mühüm iştirakçılarına çevirir, humanitar əlaqələr isə xalqlar arasında qardaşlıq bağlarını daha da möhkəmləndirir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ