çərşənbə günü, 07 oktyabr 2026
     

Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

Image


Qərblə münasibətlərində son illərdə kəskin zidiyyətlər yaşayan Gürcüstan hakimiyyətinin daha bir məsələdə Avroatlantik məkanla böyük fikir ayrılığı yaranıb. Söhbət Gürcüstanda siyasi fəaliyyətlə məşğul olduğu deyilən qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılmasından gedir. Ölkədə bu müstəvidə fəaliyyət həyata keçirən QHT-lərin, demək olar ki, hamısı Qərbə bağlı idi. Amma artıq qanunvericiliklə belə fəaliyyət həyata keçirən QHT-lərin fəaliyyətinə son verilir. Amma bu hal Qərbdə, xüsusən də Avropa İttifaqında sərt narazılqla qarşılanır. Hesab olunur ki, QHT-lərlə bağlı atılan addımlar Gürcüstanla Avropa İttifaqı arasında mövcud böhranın daha da kəskinləşməsinə səbəb olacaq. Amma rəsmi Tiflis də mövqeyindən geri çəkilmək niyyətində deyil.

Gürcüstan hakimiyyəti artıq bir neçə aydır ki, ölkədə qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti adı altında xarici dövlətlər tərəfindən maliyyələşdirilən strukturların fəaliyyətini dayandırmağa can atır. Baş nazir İrakli Kobaxidze bir neçə böyük QHT-ni xarici dövlətlərin maraqlarını müdafiə etməkdə və ölkədəki siyasi prosesləri maliyyələşdirməkdə ittiham edib. Onun sözlərinə görə, hakimiyyət orqanları yalnız 2022-ci ildə belə qurumlar haqqında açıq danışmağa başlayıb. Elə bu kontekstdə Gürcüstanda siyasi fəaliyyət həyata keçirən QHT-lərin fəaliyyəti qanunverciliklə qadağan edilib. Bura təkcə yerli yox, həm də xarici QHT-lərin Gürcüstandakı nümayəndəlikləri daxildir. Hakim “Gürcü Arzusu” Partiyası dəfələrlə bildirib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Milli Demokratiya Fondu və Avropa Demokratiya Fondu tərəfindən ayrılan vəsaitlərin əhəmiyyətli bir hissəsi siyasi partiyalar tərəfindən idarə olunan uydurma QHT-lərin hesablarına gedirdi. Nəticədə belə xarici subyektlər Gürcüstanın daxili siyasətinə müdaxilə imkanları qazanırdılar və bunun fəsadlarını son illərdə gürcü cəmiyyəti konkret nümunələr qismində aydın görüb. Artıq bu cür QHT-lərin fəaliyyətinin dayandırılması istiqamətində rəsmi Tiflis prinsipial siyasət yürüdür və illərdir Gürcüstanda fəaliyyət göstərən dörd Alman fondunun hamısının fəaliyyətini dayandırması bunun daha bir təzahürüdür. Söhbət Konrad Adenauer, Fridrix Nauman, Henrix Böll və Fridrix Ebert fondlarının Gürcüstan ofislərinin bağlanmasından gedir. Bu QHT-lər də Gürcüstanın siyasi həyatına müdaxilə üçün açıq fəaliyyət həyata keçirirdilər. Konrad Adenauer Fondu isə bunun ən bariz nümunələrindən biri idi. Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvılı qeyd edir: “Konrad Adenauer Fondu Gürcüstanda siyasi missiya həyata keçirmək istəyirdi. Hökumət bu fondun əsas mandatına uyğun layihələri maliyyələşdirməkdən imtina etməsindən sonra onun Tbilisidəki ofisini bağlamaq qərarına gəldi. Gürcüstan hakimiyyəti fondun siyasi layihələr əvəzinə təhsil və akademik proqramlar həyata keçirməsini təklif etsə də, rədd cavabı alıb. Belə siyasi fondlar müəyyən siyasi partiyalarla bağlıdır. Konrad Adenauer Fondu Almaniya Xristian Demokrat İttifaqı ilə əlaqəlidir. Xarici partiyaların və fondların Gürcüstanda heç bir siyasi missiya yerinə yetirməsinə ehtiyac yoxdur”.

Gürcüstan hakimiyyətinin addımları, gözlənildiyi kimi, Avropada ciddi qəzəblə qarşılanıb. Bu fonda ölkənin ünvanına yönəlik təhdidlər də artıb. Almaniyanın Gürcüstandakı səfiri Barbara Voss bildirib ki, bu cür hadisələr Gürcüstanla Avropa İttifaqı arasında münasibətləri gərginləşdirir. Avropa Liberal və Demokratlar Partiyası Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasa məktub göndərərək, qurumu Gürcüstana əməli tədbirlərlə cavab verməyə çağırıb. Amma o da faktdır ki, Gürcüstan hökuməti Qərbin diqtəsi ilə fəaliyyət göstərən QHT-lərin ölkə siyasi həyatına müdaxiləsinin qarşısını almasa, milli suverenliyini ciddi təhdid altında qoyacaq. Bu mənada rəsmi Tiflisin addımları ölkənin müstəqilliyinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Avropa isə Gürcüstanda belə QHT-lər vasitəsilə öz şərtlərini diqtə etmək imkanlarını itirdiyindən, bu ölkəyə qarşı, əsassız olsa da, daha sərt siyasət yürütmək üzərində fokuslanır. Gürcüstanlı politoloq Tamar Çıburdanıdze bildirir: “Gürcüstanın ilkin olaraq Qərbyönlü vektor seçməsi geosiyasi seçimlərin olmaması və daxili münaqişələr qarşısında məcburi alternativ idi. Lakin müasir Avropa dəyərlərinin transformasiyası Avroatlantik inteqrasiyadan məyusluğa və xaricdən tətbiq edilən siyasətləri izləmək istəksizliyinə səbəb olub. 30 il əvvəl Qərb dəyərləri başqa idi, bu gün isə tamamilə fərqlidir. Dünyanın yeni geosiyasəti, yeni geosiyasi gündəliyi var. Və bu yeni geosiyasət daxilində Gürcüstan öz dövlətçiliyinin özünü göstərəcəyi yerini axtarır və təsdiqləyir”.

Hökumətin arqumentinə görə, xarici dövlətlərin və fondların maliyyələşdirdiyi təşkilatlar Gürcüstanın daxili siyasi proseslərinə həddindən artıq təsir göstərir ki, bu da təhlükəli vəziyyət yaradır. Bu baxımdan dövlətin maliyyə şəffaflığı və QHT-lərin fəaliyyətini ölkənin siyasi gündəliyinə müdaxilədən kənar istiqamətlərə yönəltməsini tələb etməsi prinsip etibarilə qeyri-adi yanaşma deyil. Xarici qüvvələrin əlində təsir vasitəsinə çevrilən QHT-lərlə yanaşı, Gürcüstan hakimiyyəti Qərblə şübhəli işbirliyi həyata keçirdiyi ehtimal edilən siyasi partiyalarla bağlı da kəskin addımlar atır. Hakim “Gürcü Arzusu” Partiyası Konstitusiya Məhkəməsindən beş müxalifət partiyasının fəaliyyətini qadağan etməsini tələb edir. Bunlar “Birlik - Milli Hərəkat”, “Dəyişiklik Uğrunda Koalisiya”, “Güclü Gürcüstan – Lelo” , “Gürcüstan üçün Qaxariya” və “Federalistlər” partiyalarıdır. Onlardan dördü 2024-cü il parlament seçkilərində ümumilikdə 784.820 səs toplayıb ki, bu da seçkilərdə iştirak edənlərin 37,79%-ni təşkil edir. Gürcüstan parlamentinin üzvü Levan Maçavariani bildirir: “Zahirən fərqli görünən müxalifət partiyaları əslində vahid siyasi şəbəkənin hissələridir. Onların radikal, yarıradikal və nisbətən konstruktiv qüvvələrə bölünməsi sünidir və ortaq siyasi mərkəz tərəfindən fərqli məqsədlər üçün istifadə olunur. Bu siyasi mərkəz isə indi Qərbdədir və müstəqil siyasət yürüdən Gürcüstanın olmasını istəmir. Beləliklə, baş verənlər Gürcüstanın siyasi həyatında yeni bir mərhələ açır. Amma eyni zamanda ölkənin Qərblə, xüsusən də Avropa ilə münasibətlərində tamamilə yeni bir mənzərə yaradır”.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi...Məkkə “paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ