"Sionizm irqçilikdir" bəyanatını ehtiva edən təklifin müəllifi olan Yaşıllar Partiyası üzvü İsraildən Hitrou hava limanına gələn sərnişinləri partlatmağı planlaşdıran bir Əl-Qaidə terrorçusunun yaxın dostudur. Britaniyalı-fələstinli rəssam Lubna Speitan bu mübahisəli təklifi Braytonda keçirilən Yaşıllar Partiyası konfransında səsləndirib və onun bu təklifi səsvermə nəticəsində qəbul edilib. Solçu partiya hazırda İsrail ərazisində vahid Fələstin dövlətinin yaradılmasını rəsmən dəstəkləyir və həmin bölgədə yəhudi dövləti konsepsiyasına dəstəyi "irqçi" hesab edir. Məlum olub ki, xanım Speitan, hava limanının gəliş zalında siçovul zəhərinə batırılmış qəlpələrlə doldurulmuş bel çantasını partlatmağı planlaşdırdığı üçün ABŞ-da həbs edilmiş Minh Quang Pham-ı müdafiə edib. 2015-ci ilə aid məhkəmə sənədlərində onlar "yaxın dostlar" kimi göstərilib. “The Telegraph” qəzetinin onların hələ də dost qalıb-qalmadıqları barədə sualına xanım Speitan belə cavab verib: "Bəli, vəziyyət hələ də belədir". Keçmişlə bağlı heç nəyin dəyişmədiyini deyən Speitan, həmçinin, onun "sistem" tərəfindən "hədəf alındığına" inandığını bildirib.
SAMİRƏ