Ceyhun Məmmədov: “Bütün beynəlxalq təşkilatlar Azərbaycanın yaratdığı reallığı qəbul etməyə məcbur oldular”
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib ki, o vaxt biz beynəlxalq təcriddən çıxmalı idik:
“Öz mövqeyimizi bildirməli idik, haqlı olduğumuzu sübut etməli idik. Buna nə qədər vaxt lazım oldu. Nəhayət biz buna nail olduq. Beynəlxalq təşkilatlar bir-birindən sonra Azərbaycanın mövqeyini, yəni reallıqları əks etdirən qərar və qətnamələr qəbul etməyə başlamışdır - həm BMT-nin Baş Assambleyası, həm İslam Əməkdaşlıq Təşkilatı, həm ATƏT. Hətta bu gün bizə düşmənçilik edən Avropa Parlamenti - məcburən. Yəni bu, beynəlxalq təcriddən çıxış idi”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən millət vəkili Ceyhun Məmmədovun fikrincə, cənab Prezident bu çıxışında növbəti bir acı reallığa toxundu: “Və bu reallığın mahiyyəti ondadır ki, Azərbaycan uzun müddət öz torpaqlarını azad etməyə hazırlaşarkən bizə mane olurdular. Bununla bağlı bizə ən çox deyilən o idi ki, torpaqlarınızı azad edə bilməzsiniz. Yəni müharibə edə bilməzsiniz və bu səbəbdən işğalla barışmalısınız. Əsas tezis bunun üzərində qurulmuşdu. Təəssüf ki, davamlı olaraq belə təzyiq xarakterli mesajlar alırdıq. Belə ədalətsiz yanaşmaları davamlı olaraq ölkəmizə qarşı müşahidə edirdik. Yəni bu, ilk dəfə olan bir məsələ deyil. Davamlı olaraq qarşılaşdığımız, üzləşdiyimiz problemlərdən biri kimi daim gündəmə gəlirdi. Eyni zamanda özünü davamlı olaraq bizə qarşı həyata keçirilən addımlarda açıq-aydın göstərirdi. Ancaq Azərbaycan qələbəsini təmin etdikdən və torpaqlarını işğaldan azad etdikdən sonra yeni bir reallıq yaratmış oldu. Artıq bütün beynəlxalq təşkilatlar Azərbaycanın yaratdığı reallığı qəbul etməyə məcbur oldular. Yəni bu, elə bir reallıq idi ki, artıq onlar anladılar ki, bununla barışmalıdılar. Cənab Prezidentin toxunduğu məsələlərdə əsas xətt bundan ibarətdir. Artıq məlum təşkilatlar – BMT, ATƏT, Avropa Şurası məcbur oldular ki, Azərbaycanın yaratdığı reallıqla barışsınlar. Yeni yaranan reallıqları qəbul etdilər. O baxımdan bütün bunlar çox vacib və önəmli məsələ idi”.
Vidadi ORDAHALLI