Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Sünik bölgəsinin Şaki kəndində saxlanılan azərbaycanlı hərbçi Ermənistanda həbs cəzasına məhkum edilə və respublikada qala bilər. Baş nazir həmçinin qeyd edib ki, azərbaycanlı hərbçiyə qarşı Azərbaycanda da cinayət işi başlanılıb. Eyni zamanda, hökumət başçısı azərbaycanlı əsgər məsələsini Bakıda saxlanılan ermənilərin qaytarılması ilə əlaqələndirmədiyini bildirib. "Bunlar fərqli mövzulardır, çünki əvvəllər də əsgərlərin bir tərəfdən digərinə keçdiyi hallar olub. Bizim əsgərlərin keçməsi və qaytarılması proseslərini digər bütün hallardan ayırmaq barədə razılığımız var", - deyən Paşinyan bildirib ki, sərhədi keçən hərbçinin qaytarılması məhbusların qaytarılması ilə əlaqələndirilsəydi, belə bir yanaşma gələcəkdə Ermənistan tərəfi üçün problemlər yarada bilərdi. "Təsəvvür edin ki, biz onlara indi deyirik: “Bu əsgəri təhvil verməyimiz üçün bizə məhbuslardan birini verin”. Sabah bizim tərəfdən bir əsgər qarşı tərəfə keçə bilər – bəs onda kimi təhvil verəcəyik?" – deyə Baş nazir bildirib.
SAMİRƏ