7 oktyabr tarixində həlak olan İsrail Müdafiə Qüvvələrinin (IDF) qadın müşahidəçi əsgərlərinin ailələri, onların ölümünə səbəb olan səhvlərin "bağışlanmaz" olduğunu bəyan edərək Benyamin Netanyahuya qarşı sərt mövqe nümayiş etdiriblər. Həmas yaraqlılarının "Nahal Oz" hərbi bazasına hücumu zamanı həlak olan 53 hərbçi arasında on altı nəfər kəşfiyyat-müşahidəçi əsgər də var idi. Qadın müşahidəçi əsgərlər işğaldan əvvəlki dövrdə terrorçuların mümkün hücuma hazırlaşdıqlarına dair xəbərdarlıqlar göndərmişdilər, lakin bu xəbərdarlıqlar nəzərə alınmamışdı; bu, qırğına səbəb olan bir çox uğursuzluqdan biri idi. Müşahidə vəzifələrini yerinə yetirən digər əsgərlər sonradan iddia ediblər ki, xəbərdarlıqların nəzərə alınmamasının səbəbi seksizm (cinsiyyət ayrı-seçkiliyi) olub.
Həlak olmuş çavuş Şay Aşramın atası Dror Aşram deyib ki, il əvvəl, səhər saat 6:29-da cəhənnəm qapıları açılanda heç birimiz ən dəhşətli hadisənin baş verəcəyini təsəvvür edə bilməzdik.
SAMİRƏ