Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda 7 mərtəbəli binanın ilk 3 mərtəbəsi çöküb. İstanbul Valiliyi şəhərin Maltepe rayonunda çökən 7 mərtəbəli binanın dağıntıları altından 1 nəfərin meyitinin tapıldığını açıqlayıb.
Daha 3 nəfərin axtarışları davam edir.
Dağıntıların altında qaldıqları ehtimal olunan şəxslərin xilas edilməsi məqsədilə bölgəyə 60-dan çox texnika, çox sayıda canlı qüvvə və xüsusi təlim keçmiş itlər cəlb olunub.
İndiyədək dağıntıların altından 10 nəfər xilas edilib.
ZÜMRÜD