Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə İsrailin müdafiə sənayesi şirkəti EMTAN-la birgə müəssisə fəaliyyətə başlayır.
Bu barədə erməni mediası xəbər yayıb.
Azərbaycanda zavod açıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə keçirilən açılış mərasimində şirkətin sahibləri Avihay Stoleru və Oren Ankonina, eləcə də Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev iştirak edib. Azərbaycan hökumətinə məxsus olan bu modernləşdirilmiş obyekt ölkədə Qərb standartlarına uyğun atıcı silahlar istehsal edən ilk zavoddur. İndiyədək bu müəssisədə yalnız Kalaşnikov hücum tüfəngləri yığılırdı. İstehsal prosesi EMTAN, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və yerli dövlət müəssisəsi olan "İqlim" Elmi-İstehsalat Müəssisəsinin iştirakı ilə yaradılmış birgə müəssisə vasitəsilə həyata keçirilir. Müəssisələr arasında imzalanmış kontraktın müstəsna maddələrindən biri isə istehsalın tam lokallaşdırılmasıdır, yəni İsrail yalnız texnologiyanı verəcək, bütün istehsal prosesi isə tam şəkildə Azərbaycan tərəfindən həyata keçiriləcək. Əli TURABOV