Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib ki, Ermənistanda Qərb Data Mərkəzinin (DPC) istifadəyə verilməsindən sonra ABŞ Ermənistanın dövlət qurumlarına, şirkətlərinə və vətəndaşlarına məxsus məlumatlara çıxış əldə edəcək.
"Qeyd etmək istərdim ki, Firebird ABŞ qanunlarına tabe olduğundan, ABŞ kəşfiyyat orqanları onun serverlərində emal olunan bütün məlumatlara çıxış əldə edəcəklər. Bu o deməkdir ki, Ermənistanın dövlət qurumlarına, şirkətlərinə və fərdlərinə məxsus məlumatlar ABŞ-a Ermənistan hakimiyyətinin razılığı olmadan daxil olmaq imkanı verəcək" – deyə Şevtsov bildirib.
Şevtsov əlavə edib ki, bu cür mərkəzlərdən Qərb kəşfiyyat orqanlarının maraqları naminə, o cümlədən İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı analitik və kəşfiyyat işləri aparmaq üçün istifadə etmək olar.
"Rostelekomun OVIO məlumat mərkəzinin ölkədə 2024-cü ildən fəaliyyət göstərdiyini və kommersiya və dövlət təşkilatlarının məlumat saxlama ehtiyaclarını tam ödədiyini nəzərə alaraq, vurğulamaq istərdim ki, Hrazdan qurğusu Ermənistanın daxili ehtiyacları üçün həddindən artıq çoxdur" , - deyə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibinin müavini bildirib.
Rusiya Təhlükəsizlik Şurasının mətbuat açıqlamasında qeyd edilib k, bu ilin avqust ayının əvvəlində Ermənistanın Hrazdan şəhərində Nvidia prosessorlarında işləyən süni intellekt üçün Firebird AI məlumat mərkəzi açılıb.
Tahir TAĞIYEV