Cümə axşamı günü, 08 oktyabr 2026
     

4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

Image


Nəzakət Məmmədova: "Redaksiyamız şəxsiyyətləri müəyyənləşdirilmiş, vətəndaşlarımızla bağlı ayrıca kitab (lar) nəşr etmək öhtəliyini öz üzərinə götürüb"

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə Gülüstan sarayında "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda çıxışı zamanı deyib ki, 2026-cı il oktyabrın 1-nə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında hərbi təcavüz nəticəsində itkin düşmüş 4 010 nəfər qeydiyyatdadır. Onlardan 4 004 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ilin 44 günlük Vətən müharibəsində itkin düşüb. İtkinlərin 3 228 nəfəri hərbçi, 782 nəfəri mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs vardır.

2018-ci ildə Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən əsir, itkin düşmüş və girov götürülmüş vətəndaşlara həsr olunan 4 cildlik xüsusi buraxılış tam şəkildə işıq üzü görüb. Bu cildlər Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu ilə Xatirə Kitabı Redaksiyası birgə hazırlayıb.

Xatirə Kitabı Re­dak­si­yası əsir və itkin düşmüş soydaşlarımız haqqında dörd cildlik kitab nəşr olunub. O kitabda əsir və itkin düşmüşlərin hamısının adları əks olunmayıb. Siyahı genişlənib, Əli Nağıyev açıqlayıb ki, Birinci Qarabağ müharibəsi dövründə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarlarımızın sayı 4004 nəfər olub. İkinci Qarabağ müharibəsi zamanı itkin düşənlərin sayı isə 6 nəfərdir. Ümumikdə erməni təcavüz nəticəsində itkin düşmüş 4010 nəfər qeydiyyatdadır.

Yeni rəqəmlər təqdim olunub, əlavə faktlar da ortaya çıxarılıb, bu istiqamətdə Xatirə Kitabı Redaksiyası nə işlər görəcək? Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı yeni nəşrlər hazırlayacaqmı?

Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova baki-xeber.com-a bildirdi ki, yeni faktların aşkarlanması rəhbərlik etdiyi redaksiyanın qarşısına yeni vəzifələr qoyub və kollektiv bu vəzifələrin icrasına başlayacaq.

"Bilirsiz ki, Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə əsir, itkin düşmüş və girov götürülmüş vətəndaşlara həsr olunan 4 cildlik xüsusi buraxılış hazırlayıb nəşr etdirib. Nəşrin birinci cildinin 2018-ci ilin dekabrında təqdimatı olub. Sonra ardıcıllıqla digər cildləri də çap etdib təqdimatlarını keçirmişik. Dördcildlik nəşrin sonuncu-dördüncü cildinin təqdimatı 2024-cü ilin oktyabrında oldu. Bu nəşrlər Dövlət Komissiyası ilə birgə əməkdaşlığımız nəticəsində araya-ərsəyə gəlib.

Bu cildlərlərdə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımız haqqında Azərbaycan və ingilis dillərində ensiklopedik məlumatlar çap olunub.

Dördcildlikdə 3906 nəfər haqda məlumat vermişdik, dediyim kimi, bu həm Azərbaycan, həm də ingilis dilində idi. Amma sonra araşdırmalar nəticəsində yeni rəqəmlər ortaya çıxdı. Hazırda isə bu qəbildən olan vətəndaşlarımızın sayının 4010 nəfər olduğu rəsmən açıqlanıb. Bunun da 6 nəfəri Vətən müharibəsində itkin düşənlərdir. Birinci Qarabağ müharibəsində isə itkin düşənlərin sayı 4004 nəfərdir".

N.Məmmədova qeyd etdi ki, azad edilmiş ərazilərdə 32 kütləvi məzarlıq aşkarlanıb: "Bu məzarlıqlarda 253 şəxsə aid olduğu ehtimal edilən qalıqlar ekshumasiya edilib.

Artıq bu 253 nəfərin şəxsiyyəti müəyyən edilib, kimlikləri məlumdur. Şəxsiyyəti təsdiqlənmiş vətəndaşlarımızla bağlı məlumatlar bizim redaksiyaya da gəlib. Biz 32 kütləvi məzarlıqdan qalıqları ekshumasiya edilən 253 vətəndaşımızla bağlı da kitab hazırlamaq niyyətindəyik. Dövlət Xidmətinin rəisi bildirdi ki, 4010 şəxs haqında məlumatlar dəqiqləşdiriləcək, heç kim kənarda qalmayacaq. Çünki hər bir insan bir ailənin gözləntisidir, bir ailənin iztirabı, əzabıdır. Ona görə də bu qəbildən olan hər bir vətəndaşımızın taleyinə həssaslıqla yanaşmalıyıq, yanaşırıq da. Redaksiyamız şəxsiyyətləri müəyyənləşdirilmiş, vətəndaşlarımızla bağlı ayrıca kitab (lar) nəşr etmək öhtəliyini öz üzərinə götürüb. Biz bu istiqamətdə yeni kitablar hazırlayıb və nəşr etməyi planlaşdırmışıq".

N.Məmmədova qeyd etdi ki, Xatirə Kitabı Redaksiyası Birinci Qarabağ müharibəsində şəhid olan vətəndaşların siyahısını dəqiqləşdirir və Birinci Qarabağ müharibəsi şəhidləri ilə bağlı planlaşdırdıqları 10 cildliyin 1-ci cildi yaxın vaxtlarda işıq üzü görəcək. "Şəhidlərin şəkillərini əldə etməklə bağlı sıxıntılarımız olur və axtarışlarımız davam edir. 10 cildliyin 1-ci cildini hazırlamışıq və yaxın vaxtlarda çap olunacaq.

Müharibədən sonra əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın axtarışları davam etdirilir. Mənə elə gəlir ki, bu proses tezliklə yekunlaşmalıdır. Çünki onların axtarışında olanların, daha dəqiq desək, yaxınlarının get-gedə dünyasını dəyişməsi, xatirlərin yaddan çıxması o insanların taleyinin əleyhinə işələyən məsələdir. Ona görə də bu işləri nə qədər tez gerçəkləşdirsək bu o qədər bizim xeyrimizə olar".

N.Məmmədova qeyd etdi ki, Xatirə Kitabı Redaksiyası bu istiqamətdə fəaliyyətini davam etdirəcək və yeni nəşrlər ərsəyə gətirəcək. "Hazırda əlimizdə olan materaillar əsasında bir kitab hazırlamaq mümkündür. Bu işə başlamışıq. Bu artıq növbəti öhtəlik kimi redaksiya qarşısına qoyulub. Proses davam edir, işləyirik".

N.Məmmədova onu da bildirdi ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə Gülüstan sarayında "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda da çıxış edib və redaksiyanın indiyə qədər gördüyü işlər, həyata keçirdiyi layihələrlə bağlı iştirakçılara məlumat verib.

"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı indiyə qədər redaksiyanın gördüyü işlərdən danışım. Bu istiqamətdə Dövlət Komissiyası ilə birgə Azərbaycan və ingilis dilində ərsəyə gətirdiyimiz dördcildliyi səsimizin beynəlxalq ictimaiyyətə çatdırılması üçün ölkəmizdə fəlaiyyət göstərən bütün səfirliklərə göndərmişik. Bu nəşrlərin iki dildə olması onları yaymağımız üçün çox rahat oldu. Bu kitabları ingilis dilində nəşr edib onları xarici səfirliklərə təqdim etməklə başımıza gələn bu müsibətləri beynəlxalq ictimaiyyətə çatdırmış olduq.

Redaksiya əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı məsələyə çox həssas yanaşır və bu istiqamətdə yeni nəşrlər ərsəyə gətirmək öhtəliyi götürüb"-deyə N.Məmmədova qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ