Ermənistanın Baş naziri Paşinyan MDB liderlərinin görüşündə bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sülh faktdır.
"Ermənistan və Azərbaycan arasında sülh bir faktdır. Bu gün deyə bilərik ki, son iki ildə ermənilər və azərbaycanlılar arasında atışmalarda heç bir itki və ya xəsarət alan olmayıb, 1990-cı illərdən başlayaraq son 30 ildə hər il iki tərəfdən də itkilər olurdu", - deyə o bildirib.
Tahir TAĞIYEV