Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupun rəhbəri, akademik Əhliman Əmiraslanov 5-9 oktyabr tarixində Türkmənistanın Avaza şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası və Türkmənistan Məclisi tərəfindən keçirilən beynəlxalq konfrans çərçivəsində, konfransda iştirak edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) millət vəkilləri, Türkiyə - Azərbaycan Parlamentləarası Dostluq qrupunun üzvləri Filiz Kılıç, Rukiye Toy, Seda Sarıbaş, Şengül Karslı ilə görüşmüşdür.
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov Əhliman Əmiraslanov Türkiyə-Azərbaycan əlaqələrindən danışaraq bildirdi ki, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, təhsil, səhiyyə sahələrində yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın, eləcə də parlamentlərarası əlaqələrin inkişafında prezidentlər cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətləri mühüm rol oynayır. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərir. Türkiyə Böyük Millət Məclisinin (TBMM) millət vəkilləri isə bildirdi ki, Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir. Görüşdə ölkələrimiz arasındakı yüksək səviyyəli əməkdaşlığı qeyd edən millət vəkilləri dövlətlərarası və parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ZÜMRÜD