Rusiyanın Ukraynanın şərqindəki Kramatorsk şəhərinə hücumu nəticəsində ölənlərin sayı artıb. Rusiya qoşunları oktyabrın 8-də şəhərdə iki avtobusu vurub.
Son məlumatlara görə, Rusiyaya məxsus pilotsuz təyyarənin avtobusları vurması nəticəsində ölənlərin sayı 33-ə çatıb, 18 nəfər isə yaralanıb. Ukrayna rəsmiləri bildirib ki, avtobuslar sərnişin daşıyarkəın vurulub. Rəsmilər Rusiyanın ələ keçirməyi hədəflədiyi şəhərə hücumda birbaşa mülki şəxsləri hədəf aldığını vurğulayıblar.
Rusların avtobuslara yüksək dəqiqlikli idarə olunan hava bombalarından istifadə edərək hücum etdiyi güman edilir. Regional qubernator Vadim Filaşkin bildirib ki, ruslar üçün sərnişinlərlə dolu avtobus cəlbedici hədəfdir, çünki onlar tək bir zərbə ilə mümkün qədər çox insanı öldürə bilərlər.
Filaşkin həmçinin bildirib ki, Kramatorsk və Slavyansk şəhər hərbi administrasiyaları sürətlə pisləşən təhlükəsizlik səbəbindən ictimai nəqliyyat xidmətlərini dayandırıb.
Rusiya tərəfi hücumla bağlı heç bir açıqlama verməyib.
Tahir TAĞIYEV