Fransa Prezidenti Emmanuel Makron "France 2" kanalının günorta xəbərləri buraxılışı zamanı həyat yoldaşı Brijiti hədəf alan təhqiramiz plakatın efirdə göstərilməsindən sonra narazılığını bildirib. "Le Parisien" qəzetinin məlumatına görə, sözügedən plakat oktyabrın 6-da Fransadakı tələbə etirazları ilə bağlı süjet zamanı qısa müddətə ekranda görünüb. Plakatda Makronun gənclik illərində müəllimi olmuş Brijitlə münasibətinə işarə edən kobud ifadə əks olunub.
SAMİRƏ