Cümə günü, 09 oktyabr 2026
     

MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

Image


Qulamhüseyn Əlibəyli: “İran prezidentinin MDB sammitində iştirakının ən böyük riski ondan ibarətdir ki...”

İran Prezidenti Məsud Pezeşkian ilk dəfə Türkmənistanda keçiriləcək MDB Dövlət Başçıları Şurasının geniş tərkibli iclasında iştirak edir. MDB tarixində ilk dəfə olaraq geniş tərkibli iclasa İran Prezidenti dəvət edilib. O, həmçinin Xəzər ekologiya sammitində iştirak edəcək.

Maraqlıdır, MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılması nədən irəli ? İranın bunda məqsədi nədir?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Türkmənistanda MDB sammiti ilə yanaşı Xəzər ekoloji sammitinin də keçirilməsi nəzərdə tutulur: “İran prezidenti Məsud Pezeşkianın Türkmənistana səfəri ilk növbədə bununla izah olunur. Pezeşkian MDB sammiti çərçivəsində keçirilən genişlənmiş formatlı iclasa Rusiya Prezidenti tərəfindən dəvət olunub. İran prezidentinin MDB sammitinin genişlənmiş formatlı iclasına dəvəti bu qurumun tarixində ilk dəfədir ki baş verir. Rəsmi Tehran bu səfəri qonşularla əlaqələri dərinləşdirmək və genişləndirmək üçün yaxşı imkan adlandırır.

İran prezidentinin MDB samminitinə dəvət olunması bir neçə aspektdə qiymətləndirilə bilər. İlk növbədə qeyd edilməlidir ki, Rusiya və İran 2024-cü ilin əvvəlində 20 illik hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalayıb və bu dəvət həmin tərəfdaşlığın nəticəsi hesab oluna bilər. ABŞ ilə hərbi qarşıdurmanın yüksək qaldığı bir dövrdə Tehran Qərb kanallarının daraldığını görür və Avrasiya formatlarında özünə yer axtarır. Bu baxımdan MDB və Xəzər sammitləri enerji, tranzit və ticarət gündəmi sanksiyalar fonunda İran üçün alternativ imkanlar və bazarlar deməkdir. Bir gün əvvəl keçirilən Putin-Pezeşkian görüşü bu mənzərəni təsdiqləyir. Bu görüşdə tərəflərin enerji, kənd təsərrüfatı, nəqliyyat və ticarət sahələrində əməkdaşlığı müzakirə etdikləri, birgə layihələrin tamamlanmasını sürətləndirməyin vacibliyini vurğuladıqlarə bildirilir. Qeyd olunur ki, görüşdə Putin Yaxın Şərqdəki müharibənin həllinə kömək etməyə gücü çatan hər şeyi etməyə hazır olduğunu bildirib. Pezeşkian isə İranı asanlıqla təcrid etmək mümkün olmadığını, çünki qonşular ilə geniş iqtisadi, ticarət, siyasi və təhlükəsizlik əlaqələri olduğunu deyib. Üstəlik, o, ABŞ ilə danışıqlardan çəkilməyəcəyini də vurğulayıb. Başqa sözlə, Tehran MDB-yə qapı açmaqla Qərbdən üz döndərmir, daha çox danışıq masasında əlini gücləndirməyə çalışır. Təbii ki, Cənubi Qafqaz məsələlərini yaddan çıxarmaq olmaz. Məlumdur ki, İranın dini və hərbi hakimiyyəti Zəngəzur dəhlizi (TRİPP) layihəsinə qarşı açıq çıxış edir, layihəni açıq şəkildə "türk" və ya "NATO xətti" kimi qiymətləndirib, hətta hədələr səsləndirib. Belə bir fonda Tehranın Azərbaycan, Ermənistan və Rusiya liderləri ilə eyni məkanda olması təsadüfi görünmür. Bu, İrana "regionun gələcəyi mənsiz həll olunmur" siqnalı verməyə imkan yaradır. İran prezidentinin MDB sammitində iştirakının ən böyük riski ondan ibarətdir ki, rəsmi Tehran bu platformadan TRİPP-ə qarşı siyasi lobbiçilik üçün istifadə edə bilər. Rusiya-İran yaxınlaşması Mehri sahəsindəki Rusiyanın mövcudluğu ilə birləşəndə Zəngəzur istiqamətində Bakı və Yerevan üzərində yeni təzyiq vektoru yarana bilər. Naxçıvan yolunun açılması məsələsi də məhz bu geosiyasi çərçivədə həll olunur: marşrutun hər iştirakçısı təkcə iqtisadi yox, geosiyasi strateji maraq da daşıyır”.

Q. Əlibəyli onu da qeyd etdi ki, Azərbaycan MDB-də ənənəvi olaraq balanslı siyasət yürüdür: “Təşkilatın iclaslarında müntəzəm iştirak edir, amma onu geosiyasi mövqe platformasına çevirmir. Eyni zamanda TRİPP ətrafında Bakının mövqeyi aydın və dəyişməz qalır.MDB sammitdə konstruktiv dialoq aparmaq, ticarət və tranzit sahəsində əməkdaşlıq imkanlarını qiymətləndirmək məntiqli olsa da, İranın "regional tənzimləyici" rolunu qəbul etmək kimi görüntüsü yarada biləcək hər hansı hərəkətə yol verilməməlidir. Bütün hallarda dövlət başçılarının eyni məkanda görüşməsi dialoq kanalını açıq saxlayır. Naxçıvana yönələn təhlükəsizlik risklərini nəzərə alsaq, Bakı İranla münasibətləri idarəolunan səviyyədə saxlamaqda maraqlıdır. Üstəlik, qonşunun mövqeyi nə qədər açıq səslənərsə, onunla hesablaşmaq da bir o qədər asan olur. İndiki halda görünən budur ki, rəsmi Tehran MDB sammitinə dəvət və iştirak faktından təcrid hissini azaltmaq, Rusiya isə yaxın xaricdə tərəfdaşlarını nümayiş etdirmək istəyir. Azərbaycan üçün əsas qayda dəyişmir: dialoqa açıq olmaq, amma öz maraqlarını heç kimin gündəliyinə qurban verməmək prinsipi dəyişməzdir”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ