Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

Image


Elm tarixində elə fədakar insanlar var ki, onlar haysız-küysüz, heç yerdə reklam etmədən ömrünü elmin inkişafına həsr etmiş, elmin mühüm problemlərinin həllinə imza atmış, elmi məktəblərin formalaşmasında və müasir tələblər səviyyəsinə yüksəlməsində müstəsna xidmət göstərmişdir. Belə alimlərdən biri respublikanın əməkdar elm xadimi, Rusiya Federasiyasının Tibbi Texniki Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor Qalib Şalon oğlu Qarayevdir.

O, Azərbaycan tibb elminin inkişafında və elmi məktəblərin yaranmasında xüsusi xidməti olan tibb alimlərinin, o cümlədən M.Topçubaşovun, F.Əfəndiyevin, Zərifə xanım Əliyevanın, Ədilə xanım Namazovanın, B.Ağayevin zəngin ənənələrinə söykənərək özünəməxsus elmi məktəb yaratmışdır.

Qalib Qarayevi tibb elminə aparan yol tələbəlik illərindən başlamışdır. Təhsil aldığı institutun kafedralarının tələbə elmi dərnəyində çalışaraq elmi rəhbərlərinin tövsiyə etdikləri mövzular üzrə tədqiqat işi aparmaqla elmi axtarışların aparılma texnologiyalarını mənimsəmişdir. Bu dərnəklərdə apardığı tədqiqat işindən almış olduğu nəticələri keçmiş SSRİ-nin tibb institutlarının təşkil etdiyi konfranslarda maraq doğuran çıxışları sayəsində fəxri fərmanlarla təltif olunmuşdur. İnstitutu bitirəndə onun artıq 9 elmi məqaləsi nəşr edilmişdir. Onun elmə olan marağını və əldə etdiyi uğurları nəzərə alaraq N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun böyük elmi şurası Q.Ş.Qarayevi aspiranturaya tövsiyə etmişdir. Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Akademik İ.P.Pavlov adına 1 №-li Tibb İnstitutunun Fakültətiv Cərrahiyyə kafedrasında keçən həyatı onun elmi fəaliyyətində yeni üfüqlər açdı.

Tibb elminin ən vacib problemi olan miokard infarktının cərrahi müalicəsini təklif edən professor V.İ.Kolesovun rəhbərliyi altında bu problemin bir sıra məqamlarını açıqlamaqla miokard infarktının müalicəsini yeni səmtə yönəltmişdir. Lakin həmin dövrdə miokard infarktının müalicəsinin əsas konsepsiyası xəstəyə tam sakitlik vermək üzərində qurulduğu üçün gənc tədqiqatçı böyük çətinliklərlə üzləşməli qaldı.

Dövrünün məşhur kardioloqlarının göstərdiyi müqavimətə baxmayaraq O, 1979-cu ildə elmi rəhbərinin ona göstərdiyi etimadı doğruldaraq mammaro-koronaroanastomoz vasitəsilə kəskin miokard infarktının revaskulyarizasiyasının üstünlüyünü sübuta yetirərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.

Sonrakı həyat yolu yenidən elmə bağlanmış müsabiqə yolu ilə institutun Mərkəzi Elmi Tədqiqat laboratoriyasında baş elmi işçi vəzifəsinə seçilmişdir. Çox keçmədən onun elmi fəaliyyətində olan müsbət xüsusiyyətləri nəzərə alınaraq Respublikanın Səhiyyə Nazirliyinin Kolleqiyasının qərarı ilə 1982-ci ildə Q.Ş.Qarayev həmin laboratoriyaya rəhbər təyin edilmişdir. Bu vəzifəyə təyin olunduğu ilk gündən Q.Ş.Qarayev fəaliyyətini 3 istiqamətdə yönəltmişdir.

1. Mərkəzi Elmi Tədqiqat laboratoriyasının yenidən qurulması, kadr potensialının yüksəldilməsi;

2. Eksperimental tədqiqatların tibbin praktik təbabətının üzləşdiyi problemlərin həllinə yönəldilməsi;

3. Tibbin nəzəri problemlərinin həlli üçün fundamental tədqiqatların aparılması.

Q.Ş.Qarayev fəaliyyətə başladığı ilk gündən əsas diqqəti laboratoriyanın imkanlarının genişləndirilməsinə yönəltmişdir. Qısa müddət ərzində Mərkəzi Elmi Tədqiqat laboratoriyasının strukturu yeniləşdirilmiş, o dövr üçün müasir tələblərə cavab verən laboratoriyalar və şöbələr yaradılmışdır. Respublika Elmlər Akademiyası və ölkənin aparıcı Elmi Tədqiqat İnstitutları ilə əməkdaşlıq müqaviləsi imzalamışdır. Laboratoriya əməkdaşları həmin institutlara ezam edilərək peşəkarlığını artırmışlar. Aparılan Elmi Tədqiqatların səviyyəsini əsas tutaraq SSRİ Səhiyyə Nazirliyinin qərarı ilə laboratoriya ən aşağı kateqoriyadan ənl yüksək kateqoriyaya keçirilmiş və adı dəyişdirilərək Elmi Tədqiqat Mərkəzi adlandırılmışdır. Elmi Tədqiqat Mərkəzi olduqdan sonra onun ştat cədvəli 53 nəfərdən 125 nəfərə qaldırılmışdır. Yeni bina inşa edilmişdir.

Qalib Qarayev Azərbaycanda eksperimental cərrahiyyənin inkişafında xüsusi rol oynamışdır. Onun rəhbərliyi altında aparılan elmi tədqiqatlar praktik cərrahiyyənin bir sıra problemini həll etmişdir.

Qalça bağırsağın autotransplantasiyası, əməliyyatdan sonra köçürülmüş böyrəyin funksiyasının pozulmasının açıqlanması, qaraciyər transplantasiyasından sonra yaranmış fəsadların patogenezinin açıqlanması, peritonit zamanı endogen intoksikasiyanın yayılma yollarının aşkar edilməsi və s. tədqiqatları cərrahiyyənin konseptual əsaslarının zənginləşməsinə xüsusi töhfə vermişdir. Alimin elmi fəaliyyətində əsas istiqamətdən biri patoloji proseslərin inkişafında limfa sisteminin rolunu öyrənmək və onun tənzimlənmə yollarının hazırlanması olmuşdur. Bu istiqamətdə apardığı elmi tədqiqatın bir hissəsini miokard infarktı zamanı ürək limfa dövranının pozulması və onun tac damarlarda aparılan rekonstruktiv əməliyyata təsiri alimin doktorluq dissertasiyasının ana xəttini təşkil etmişdir.

Alimin tibbin nəzəri problemlərinə həsr olunmuş elmi tədqiqat işləri də tibb elminin inkişafına xidmət etmişdir.

Kanadalı alim De Bold 1956-cı ildə apardığı eksperimental tədqiqat zamanı ürəyin üzərində qeyri-adi cisimciklərin olmasını aşkar etmişdir. Lakin onların təbiəti haqqında məlumat əldə edə bilməmişdir. Bu maraqlı problem daim axtarışda olan tədqiqatçı alimin diqqətindən yayınmamışdır. 2000-ci ildə onun rəhbərliyi altında kardioloq, morfoloq və patofizioloqlardan ibarət qrup bu maraqlı problemin həlli üçün geniş miqyaslı tədqiqat işi aparmışlar. 10 il müddətində aparılan tədqiqatların nəticəsində atrial natriuretik peptid ifraz edən bu cisimciklərin sirri açılmış, müəyyən edilmişdir ki, onların ifraz etdikləri peptid ürəyin qan təchizatının tənzimlənməsində mühüm rol oynayır. Bununla bağlı olaraq tədqiqatın 2-ci mərhələsi atrial natrium uretik peptidlərin tənzimlənməsi üçün dərman preparatlarının axtarışına həsr olunmuşdur. Alınmış nəticələrin klinikada tətbiqi ekspermentin reallığını təsdiq etmişdir.

Q.Ş.Qarayev tədqiqatçı alim kimi tibb elminin bir sıra problemlərinin həllinə imza atmışdır.

1. Döyünən ürək üzərində cərrahi əməliyyatın aparılmasının mümkünlüyünü;

2. Miokard infarktı zamanı tac damar üzərində aparılan cərrahi əməliyyatın nəticələrinə neqativ təsir göstərən amillərin müəyyən edilməsi;

3.Bağırsağın autotransplantasiyasından, böyrək və qaraciyər transplantasiyasından sonra inkişaf edən fəsadların patogenezinin araşdırılmışdır;

4. Peritonit zamanı endogen intoksikasiyanın yayılma yolları, onların patogenezinin araşdırılması və yeni detoksifikasiya üsullarının işlənilməsi;

5. Ürəyin işemik xəstəliyinin patogenezinin araşdırılması və patogenetik mexanizm əsasında müalicə metodunun işlənilib hazırlanması;

6. Aritmiyalar və onların inkişafının patofizioloji mexanizmi;

7. Limfa dövranı və patoloji prosesin inkişafında onun rolu.

Q.Ş.Qarayevin müəllifliyi və həmmüəllifliyi ilə 400-dən çox elmi məqalə və tezis, 10 metodik tövsiyə, 4 monoqrafiya nəşr olunmuşdur. O, 23 patentin müəllifidir.

Professor Q.Ş.Qarayev uzun illər boyu (42 il) Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqat Mərkəzinə rəhbərlik etmiş və bu dövrdə yüksək ixtisaslı gənc nəslin yetişməsində müstəsna rol oynamışdır. Onun rəhbərliyi altında 14 nəfər elmlər doktoru, 54 nəfər elmlər namizədi (fəlsəfə doktoru) dissertasiyası müdafiə etmişdir. Yetişdirdiyi kadrlar hazırda respublikanın müxtəlif tibb müəssisələrində uğurla fəaliyyət göstərirlər.

Qalib Qarayev elmi pedaqoji fəaliyyət ilə yanaşı, respublikada tibb elminin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir. SSRİ Ali Attestasiya Komissiyasının nəzəri elmlər bölməsinin qrupunda eksperti, 1993-cü ildən Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının tibb və əczaçılıq elmləri üzrə komissiyasının elmi katibi, eksperti, ekspert şurasının sədri və sədrin müavini kimi fəaliyyət göstərmişdir.

Nəticə etibarı ilə qeyd edək ki, tibb elmləri doktoru, professor Qalib Qarayev Azərbaycan tibb elmi tarixində dərin iz qoymuş alimlərdəndir. Onun səhiyyənin praktik qurumları ilə elmi mərkəzlər arasında inteqrasiyanın gücləndirilməsində, eksperimental cərrahiyyənin inkişafında, cərrahi patologiyaların patogenezinin açılmasında və müalicə metodlarının təkmilləşdirilməsində və yüksək ixtisaslı tibbi kadrların hazırlanması sahəsindəki xidmətləri müasir Azərbaycan Səhiyyəsinin fundamentini təşkil edən mühüm amillərdəndir.

Q.Ş.Qarayev 2000-ci ildən Respublika Prezidentinin sərəncamı ilə elm aləmində ən yüksək fəxri elmi ada — Azərbaycan Respublikasının Əməkdar elm xadimi adına layiq görülmüşdür. Rusiya Federasiyasının Tibbi Texniki Elmlər Akademiyasının akademiki, türk dünyası və Avropa birliyi akademiyasının üzvüdür.

Türk dünyasının qızıl ulduz medalı, Almaniyanın Rentgen medalı, Avropa Ali Xidmət ordeni və Birləşmiş Millətlər Təşkilatının I dərəcəli Hipokrat ordeni ilə təltif olunmuşdur. Alimin elmi irsi və yaratdığı məktəb gələcək tədqiqatçılar üçün zəngin mənbə olaraq qalmaqdadır.

Ömrünün 79-ci ilini tamamlamaq ərəfəsində professor Q.Ş.Qarayevə uzun ömür, can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.

Rizvan Qarabağlı

Memarlıq üzrə fəlsəfə doktoru, dosent.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ