şənbə günü, 10 oktyabr 2026
     

Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

Image


Xalqımızın öz karifeylərindən də fikir gətirə bilərdim. Məlum səbəblərə görə etmirəm. Mövzunun üstündə əlavə ziddiyyətlərə yol açmağa gərək yoxdur. Bu üzdən Viktor Hüqonu yada salıram. Hüqo deyirdi - "Bir məktəb tikin, bir həbsxananın sayını azaldın"...

Demək ki, məktəbin yolu həbsxana yolu deyil, olmamalıdır... Məktəbin yolu konsert, teatr, əyləncə yolu deyil, olmamalıdır... Məktəb yolu məscid, kilsə, mollaxana yolu da deyil, olmamalıdır...

Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Məktəb yolu təhsil yoludur, müasirlik yoludur, elm, savad, maarif yoludur...

Məktəbi dindən ayırdıq. Çoxdan ayırmışıq. Ona görə ayırmadıq ki, bir-birinə qarşı çıxsınlar... Ayırdıq ki, hərəsi öz yolu ilə getsin... Ayırdıq ki, ikisi də öz yolunda inkişaf etsin… Biri elmi, texnoloji və dünyaya məntiqi baxışın ilk cığır açanı olsun... O biri daxili mənəvi paklanmanın əsasını qoysun...

İndi məktəblərimizin ətrafında görün nə baş verir, nə müzakirələr açılır?!..

Məktəblərdə təhsilin keyfiyyəti, müəllimin davranışı, səviyyəsi, təhsil metodikasının qurulması yolları, hər gələn nəzirin özü ilə bağlı bir qaydalar sistemi gətirməsi, məktəbi sınaq laboratoriyasına çevirməsi, universitet və kolleclərə qəbul qaydalarının tez-tez dəyişdirilməsi, bəzən lüzumsuz və ziyanlı şəkildə dəyişdirilməsi, pul yığılması və sair kimi neqativlərə qarşı obyektiv etiraz və narazılıqlara həmişə dəstək verib nüdafiə etmişəm. Ancaq bu kimi neqativlərə qarşı etirazlar, narazılıqlar təəssüf ki, son günlərin yenidən qaldırılmış "hicab dalğası" qədər emosional, fəal və qızğın olmayıb... İndiyə qədər bir dəfə görmədik ki, "neqativ hərəkətlərə və idarəçiliyə yol verən filan məktəbin direktoru vəzifədən dərhal uzaqlaşdırılana qədər həmin məktəbin heç bir şagirdi, ya müəllimi məktəbə getməsin" çağırışı edilsin...

Ancaq "hicab dalğası" ilə bağlı ayrı emosionallıq, ayrı fəallıq görürük....Çünki bunun heç də bütün hallarda ayrı-ayrı valideynlərin, şagirdlərin saf və qatqısız dini duyğularından, həqiqi din təəssübkeşliyindən irəli gəldiyi şübhəli görünür... Haralardansa idarə olunana çox oxşayır...

Mən konkret ünvanlar göstərmirəm. Qoy bunu uyğun orqanlar araşdırsınlar...

Biz başqa istiqamətə yönələk. Necə deyirsiniz, məktəbi buraxaq milyonlarla bir-birindən fərqli geyim zövqlərinin tüğyan etdiyi məkana çevrilsin? Biri alt paltarı ilə, biri üst paltarı ilə, biri kasıbyana, biri dəbdəbəli geyimdə gəlsin? Biri qısa ətəkdə, o biri şortikdə gəlsə, məktəb dediyimiz məkanın nəyə dönə biləcəyini təsəvvür edirsiz? Bütün bu geyim formalarında şagird və müəllimlərin məktəbə gəlişi nə qədər uyğunsuz olursa, hicabda gəlmək də o qədər uyğunsuzdur. Hicab çox gözəl, abırlı geyim formasıdır. Hər halda ona bürünmüş insan haqda ağıllara gələn ilk təəssürat bu olur - bu adam dürüst olmaq yolu seçib, dürüstdür, namaz qılıb oruc tutandır, sadəcə imankeş yox, həm də ibadətkeş müsəlmandır... Ancaq hicab hər yerdə yox, məktəbdən başqa hər yerdə gözəldir, normaldır, məktəbin missiyasına və ruhuna isə qəti uyğun deyil… Biri futbolçu və boksçu formasında məscidə girib namaz qılsa, buna necə baxarsınız?? Lütfən, bircə onu deməyin ki, normal baxılar ...Xeyr, məsciddə futbol forması gözəllik deyil...

Məktəbdə də hicab gözəllik deyil...

Məktəbin gözəlliyi müəllim və şagirdlərin hər ikisi üçün vahid geyim formasıdır... Qadınlar - qızlar üçün bir, kişilər üçün başqa dizaynda... Təsəvvür edin ki, vahid rəsmi forma geyinmiş yüzlərlə qız və oğlanın arasında bir neçə hicablı görsənir… Xüsusi metodika ilə tədris olunan hərbi, fiziki hazırlıq, əmək təlimi dərslərində necə olacaq? Bu dərslər hicab yeri deyil axı...

Baxıram, bəzi özünü çoxbilmiş kimi göstərənlər Konstitusiyanın bərabərlik, vicdan azadlığı kimi müddəalarına söykənərək "vaveyla, din əldən getdi" deyə haray salırlar...

Əvvəla, uşaqlara imkan verin ki, öncə "vicdan azadlığının" nə olduğunu anlamaq yaşına qədər böyüsün. Hələ həyatdan, dindən, islamdan xəbərsiz uşaqları hicaba, türbana büküb məktəbə göndərməyin adı nədir?! Vicdan azadlığı körpə uşaq üçün və ya kiçik yaşlı məktəbli üçün deyil.

Bəziləri sosial şəbəkələrdə dil qəfəsə qoymur. Məsələni dərhal siyasiləşdirərək "sən bu uşağı böyütməyibsən, uşaq pulu verməyibsən, kitab-dəftər almayıbsan, bəs nə ixtiyarla hicabla məktəbə buraxmırsan?!..

Allah, Allah... Bu nə yanaşmadır? Sabah belələri deyəcək ki, "sən nə haqla valideynin öz uşağını oxudub-oxutmamaq hüququna qarışırsan, uşaq mənimdir, özüm bilərəm oxusun-oxumasın, heç məktəbə də buraxmaram…" Görürsüz, məktəblərin o məşhur Molla Sadıq obrazlarının "insafında" olduğu dövrlərə geri qayıdır bəziləri...

Mən də uşaq pullarının ləyaqətli səviyyədə verilməsini və nəhayət bu çək-çevirə son qoyulmasını zəruri sayıram... Təki hicab məsələsini siyasiləşdirənlərin uşaq pulunu da bunun gözünə qatmasına fürsət qalmasın…

Ən yeni "hicab dalğasının" arxasında səbəblər görürəm.

1. Bu iş kənardan təşkil olunur, idarə edilir. İşin içində 2 bir-birindən çox fərqli dövlət və başqa bir neçə dövlətdən ibarət qrup var. Bunu da araşdırmaq dövlətimizin işidir. Cəmiyyətimiz dindarlığa meylli olsa da, hicaba bağlı insanlar olsa da, bu məlum xarici qüvvələr insanlarımızın həssas yerindən sui-istifadə edirlər...

2. İnsanları bəzən qıcıqlandıran qeyri-dini təzahür və hadisələrin qarşısı alınmalıdır... Hicabdan danışılan yerdə biri işsizlikdən, o biri idarəçilikdən, başqa biri pensiyadan və sairdən danışır. Yəni hicab mövzusunu fürsət bilənlər var... O üzdən yanakı problemlərin yaranmasına imkan verilməməlidir.

Nəhayət, məktəblərdə vahid formanın tətbiqi güzəştsiz, qətiyyətli formada davam etdirilməlidir.

Azərbaycan müsəlmanların, dindarların ölkəsidir... Ancaq İrandan, Türkiyədən, Ərəb ölkələrindən fərqli olaraq bizim dövlətimiz dinin üstündə qurulmayıb, din dövlətimizın yanında gedir... Hələ onu demirəm ki, İslamdan da, xristianlıqdan da qabaq bu yerlərdə dövlət olub...

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ