Almaniya kansleri Fridrix Merts keçmiş kansler Gerhard Şröderi Rusiya lideri Vladimir Putinlə görüşməsini və onun ad gününü qeyd etməsini kəskin tənqid edib.
Hökumət sözçüsünün müavini Steffen Mayer, kanslerin bu görüşdən qəzəbləndiyini deyib. Ukraynadakı müharibəyə görə birbaşa Putinin məsuliyyət daşıdığını deyən kansler, onun əmrlərinin hər gün dəhşətli əzablara, mülki şəxslərin itkilərinə, ailələrin dağılmasına, ölümlər və yaralanmalara səbəb olduğunu bildirib.
Kansler bütün bunların fonunda Şröderin Putinlə birlikdə şənlik etməsini "tamamilə əxlaqsız" adlandırıb.
Xatırladaq ki, Kreml Putinin 74-cü doğum gününü Almaniyanın keçmiş kansleri Şröderlə birgə qeyd etdiyini bildirib. Şröder oktyabrın 7-də Moskvada olub və bu yaxınlarda vəzifə aldığı Rusiyadakı Globus hipermarket şəbəkəsinin mağazalarından birinə baş çəkib.
Tahir TAĞIYEV