Finlandiyanın Baş naziri Petteri Orpo Finlandiyanın Rusiya vətəndaşlarına Avropa ölkələrinə turist vizalarının verilməsinin dayandırılmasına çağırıb.
O, bu məsələni Avropa Şurasının digər məsələlərlə yanaşı, Avropa təhlükəsizliyi və Rusiyadan gələn təhdidlərə qarşı mübarizə məsələlərinə həsr olunacaq növbəti iclasında qaldırmaq niyyətindədir.
Finlandiyanın baş naziri mövqeyini Avropada mümkün təxribatla bağlı narahatlıqlarla izah edib. O, qəbul edilən təhlükə nəzərə alınmaqla rusiyalı turistlərin Avropa ölkələri daxilində sərbəst səyahət etməsinə icazə verməyin müdrikliyini şübhə altına aıb.
"Biz Rusiyanın Avropada təxribatçı fəaliyyətlər həyata keçirməyə çalışmasından qorxuruq. Bəs niyə rusları Avropaya turist kimi buraxırıq və onların sərbəst səyahət etməsinə icazə veririk?", - deyə Orpo sual edir.
Tahir TAĞIYEV