Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı hava limanında şiddətli partlayışlar baş verib. Adı açıqlanmayan iki Səudiyyə rəsmisinin sözlərinə görə, hücumdan sonra Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı boşaldılıb və hava nəqliyyatı dayandırılıb.
Səudiyyənin rəhbərlik etdiyi koalisiyanın Yəməndə İranın dəstəklədiyi Husi üsyançılarına qarşı hücumundan sonra Ər-Riyadda Kral Xalid adına beynəlxalq hava limanına edilən hücum nəticəsində 12 nəfərin öldüyü, 309 nəfərin isə yaralandığı bildirilib.
Şahidlər ərazidə ən azı iki güclü partlayış səsi eşitdiklərini bildiriblər.
Digər tərəfdən, hava limanı sərnişinlərdən hava limanına getməzdən əvvəl uçuş statuslarını yoxlamalarını tövsiyə edən qısa bir xəbərdarlıq yayıb.
Tahir TAĞIYEV