ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Ukraynanın yeni prezident seçməli olduğunu bildirib və Zelenskini Rusiya ilə münaqişəyə son qoymaq üçün danışıqlar aparmaq istəməməkdə günahlandırıb.
Tramp Zelenskiyə işarə edərək "Ukraynanın yeni prezidentə ehtiyacı var" deyib.
Amerika liderinin sözlərinə görə, Ukrayna prezidentinin saziş bağlamaq üçün bir neçə fürsəti olub, lakin o, bunlardan istifadə etməyib.
"Nədənsə Zelenski heç vaxt sövdələşməyə getmir. Onun çoxlu imkanları olub, amma o, bütün dünya üçün problem yaratmaq istəyir" – deyə Tramp bildirib.
ABŞ prezidenti misal olaraq, neft emalı zavodlarına edilən hücumları qeyd edib və onun sözlərinə görə, bu, digər problemlərlə yanaşı, Amerika fermerləri üçün də problem yaradır.
Tramp bildirib ki, Ukraynanın razılığa gələ biləcək yeni bir lider tapmağa ehtiyacı var. "Ukraynaya razılığa gələ biləcək yeni bir lider tapmağı məsləhət görürəm", - deyə o vurğulayıb.
Tahir TAĞIYEV