Moskva və Vaşinqtonun yanacaq çatışmazlığını aradan qaldırmaq üçün qlobal bazara dizel yanacağı tədarük etmək barədə razılığa gəlməsinə baxmayaraq, Almaniya Rusiyaya qarşı yeni Aİ sanksiyaları tətbiq etməyə davam edəcək.
Almaniya hökumətinin sözçüsü Stefan Kornelius, Berlinin Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Moskvaya qarşı tətbiq edilən sanksiyaların yumşaltması ilə bağlı ABŞ-ın qərarını nəzərə aldığını deyib.
"Eyni zamanda, Almaniya əlavə sanksiyalar üzərində Avropa tərəfdaşları ilə işləməyə davam edir" – deyə Kornelius AFP-yə göndərdiyi açıqlamada bildirib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp, yanacaq çatışmazlığı və qiymətlərin artması fonunda qlobal bazara Rusiya dizel yanacağının tədarükünün artırılması ilə bağlı Putinlə razılığa gəldiyini açıqlamışdı. Liderlərin telefon danışığından sonra ABŞ Rusiya dizel yanacağı ilə əməliyyatlara tətbiq edilən sanksiyaları müvəqqəti olaraq yumşaldılıb və bunun 7 aprel 2027-ci ilə qədər davam etməsinə qərar verilib.
Tahir TAĞIYEV