Ərəb koalisiyasına rəhbərlik edən Səudiyyə Ərəbistanı Qərbin Yəməndəki Ənsar Allah (Husi) hərəkatına qarşı mübarizədə yetərli köməyindən narazıdır.
“Bloomberg” mənbələrə istinadən xəbər verir ki, Ər-Riyad Qərb müttəfiqlərinin məhdud yardımından məyus olub.
Qeyd edilir ki, Böyük Britaniya yanacaq tankeri sözünü versə də, Səudiyyə Ərəbistanının son həftələrdə əlavə müdafiə dəstəyi tələbləri hələ təsdiqlənməyib. Britaniyanın Baş naziri Endi Börnhem üç həftə əvvəl bildirmişdi ki, Səudiyyə Ərəbistanının hərbi dəstək tələbinə cavab olaraq London Ər-Riyada təyyarələri havada yanacaqla doldurmaqla kömək edəcək.
Fransa da öz növbəsində Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki Yanbu limanına müdafiə xarakterli hərbi texnika göndərəcəyini bildirib.
Qeyd edək ki, oktyabrın 4-də Yəmənin beynəlxalq səviyyədə tanınmış hökuməti Yəmənin Qırmızı dəniz sahillərini və Bab əl-Məndəb boğazını işğal etmiş husilərə qarşı əks-hücuma keçib.
Cümə günü Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin husiləri Bab əl-Məndəb boğazı yaxınlığındakı ərazilərdən tamamilə qovduğu bildirilib. Ancaq Husilər bu məlumatı təkzib edirlər. Ötən həftə həmçinin husilərin Səudiyyə Ərəbistanının paytaxtı Kral Xalid Beynəlxalq Hava Limanında mülki infrastruktura qarşı qisas hücumları barədə məlumatlar yayılıb.
Səudiyyə Yəmən hökumət qüvvələrinə hərbi dəstək verən ərəb koalisiyasına rəhbərlik edir və Husi mövqelərinə hava hücumları həyata keçirir. Bab əl-Məndəb boğazından milyonlarla barel Səudiyyə nefti daşındığı üçün Yəmən krallıq üçün çox böyük strateji əhəmiyyətə malikdir.
Tahir TAĞIYEV