"Bu zamanında verilmiş qərardır və hər kəs buna əməl etməlidir. Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm. Məktəbə məktəb geyimində gedilməlidir. Hər bir şagird vahid geyimdə olmalıdır. Geyim fərqliliyi olmamalıdır. Məktəblərdə vahid geyim formasının tətbiqini alqışlayıram".
Bu fikirləri baki-xeber.com-a Xalq rəssamı, professor Səlhab Məmmədov bildirib.
S.Məmmədov qeyd etdi ki, bir sıra Mərkəzi Asiya ölkələrində də müvafiq addım atılıb, bu baxımdan, Azərbaycanda da bunun tətbiqi dəstəklənməlir.
"Məktəblərdə vahid geyim formasının tətbiqini dəstəkləyirəm və bu gərarla tamamilə razıyam. Ailəlikcə bu qərarı gözləyirdik və qəbul olundu. Mən özüm bir müəllim olaraq bu qərarı gözləyirdim" deyə S.Məmmədov bildirdi. S. Məmmədov hesab edir ki, bu istiqamətdə maarifləndirmə işləri genişləndirilməlidir, valideynlər, müəllimlər, ziyalılar bu məsələdə dövlətin qərarını təbliğ etməli və onun əsl mahiyyətini çatdırmalıdır.
Qeyd edək ki, Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli forması və təhsilin dünyəvilik prinsipi şagirdlərdə bərabər təhsil mühiti yaratmaq, intizamı qorumaq və dini-ideoloji fərqliliklərin məktəb divarları arasında bərabərsizlik yaratmasının qarşısını almaq məqsədi daşıyır.
İradə SARIYEVA