ABŞ prezidenti Donald Tramp bazar günü Rusiya və Ukraynanın bir-birinin enerji obyektlərinə zərbələri dayandırmaq barədə razılığa gəldiyini açıqlayıb.
O, sosial şəbəkə hesabında yazıb: "Rusiya ilə Ukrayna arasındakı müharibədə dərhal qüvvəyə minəcək enerji atəşkəsi əldə etdik".
Tramp iddia edib ki, "hər iki tərəf bununla razılaşıb". ABŞ prezidenti tərəfləri razılaşmaların pozulmasına yol verməməyə çağırıb.
Tramp bu ilin əvvəlində oxşar bir açıqlama vermişdi, lakin sonradan bunun tamamilə doğru olmadığı ortaya çıxmışdı.
Tahir TAĞIYEV