"Ancaq hicablı qadınlar namusludur"… İndi də belə şeylərə əl atıblar... Qarşıma çıxan bir hicablı qadın qısa videomüraciətində bunu deyirdi…
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Növbəti təxribatdır... Ona təlimat verilib... Bəlkə də elə özü təlimatverəndir..
Məqsəd - Hicab taxanlarla taxmayanların arasına dərin intriqa salmaqdır. Qızışdırırlar ki, hicabsız bir qadın da qalxıb desin - "Namussuz sizlərsiniz"... Qızışdırırlar ki, biri də qalxıb hansısa hicablı qadının(?) neqativ davranışına aid nəsə paylaşsın... Bax beləcə "qiyamətin" əsası qoyulur…
Namus geyimlə gəlmir, geyimlə dəyişmir... Varsa görsənir, yoxdursa görsənmir...
Təxribata uymayın... Qarşınıza belə videopaylaşımlar çıxanda, bloka atın...
Tahir TAĞIYEV