ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, Avropa ölkələri Rusiyadan ABŞ-a dizel yanacağı tədarükü ilə bağlı razılaşmanı tənqid edərkən ikiüzlülük nümayiş etdirirlər.
“Münaqişənin başlanğıcından bəri Avropa ölkələri Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyiblər, ona görə ki, onlar Rusiyanın enerji resursları olmadan keçinə bilmirlər. Onların qüsurlu enerji siyasəti var”, - deyə o, “Fox News”da bildirib.
“Dizel qiymətlərini aşağı salmaq üçün Rusiyadan satın almağa çalışmayacağıq deyəndə, ikiüzlülük edirlər” – deyən Bessent, Rusiya ilə əldə edilən razılaşmaları "amerikalılar üçün faydalı" adlandırıb, çünki "bu, dizel yanacağının qiymətini aşağı salmağa imkan verəcək".
10 oktyabrda Rusiyanın dizel yanacağı ixracına qoyulan məhdudiyyətlərin vaxtından əvvəl dərhal ləğv ediləcəyi və orta müddətli dövrdə daşımaların ayda 3 milyon tona çatacağı açıqlanıb. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi, Prezident Donald Trampın göstərişi ilə dərhal Rusiya dizel yanacağının qlobal bazara tədarükünə icazə verən müvəqqəti ümumi lisenziya verib.
Tahir TAĞIYEV