Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin Rusiyaya gözlənilən səfəri təxirə salınıb. “Axios” mənbələrə istinadən xəbər verir ki, onlar hazırda Rusiyaya səfər planlaşdırmırlar, çünki onlar əvvəlcə Ukraynanın və onun Avropa tərəfdaşlarının danışıqlarla bağlı mövqeyini anlamaq istəyirlər.
"Prezidentin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Moskvaya səfər planlarını hələlik təxirə salıblar. Fasilə, ən azı, Ukrayna və avropalıların Vladimir Putin üçün yeni birgə təklifi dəstəkləməyə hazır olub-olmadığı barədə aydınlıq gələnə qədər davam edəcək" – deyə məqalədə bildirilir.
Qeyd edək ki, cümə günü ABŞ Floridada Ukrayna və Avropadan olan nümayəndə heyətləri ilə görüş keçirib. Görüş əvvəlcə iki gün davam edəcəyi planlaşdırılırdı, lakin yalnız bir gün davam edib. Qərb mediasının məlumatına görə, Ukraynalı danışıqçılar Rusiya dizel yanacağının ABŞ-a tədarükü ilə bağlı razılaşma elan edildikdən sonra danışıqları yarımçıq dayandırıblar.
Tahir TAĞIYEV