Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edilib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb.
Sərəncama əsasən, Abbas Zaman oğlu Muxtarzadə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin olunub.
Xatırladaq ki, sentyabrın 28-də Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin sabiq rəhbəri Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib.
ZÜMRÜD