Türkiyənin təriqət partiyalarından birisi olan Səadət Partiyasının genel başqanı Mahmud Arıkan Azərbaycan Prezidenti İlham Əliyevə hicab olayları ilə bağlı açıq məktub yazıb... Açıq məktub yox, əslində açıq təhdid yazıb. Mən onu sonra geniş təhlil edəcəyəm. Çünki ən azı mənim dövlətimin başçısına çox yersiz və öz səviyyəsinə yaraşmayan tərzdə "ağıl" öyrətmək istəyir...
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Tək bir cümləsini deyəcəyəm - Qarabağ uğrunda canlarını fəda etmiş qəhrəmanların analarının, geridə qalmış xanımlarının və övladlarının çoxu hicablıdır"..
Baxırsınız, hara vurur bu məlun? Deməyindən belə çıxır ki Qarabağ yolunda həlak olanların çoxu dindarlar imiş və guya döyüşə gedənlərin çoxunda din, Allah, islam sevgisi yox imiş...
Məni daha çox narahat edən odur ki, AZƏRBAYCANIN SİYASİ PARTİYALARINDAN heç biri bu adamın məktubuna cavab vermir...
Səadət partiyası qazi, şəhid və onların yadigarlarının qədrini belə biləndisə, bir həftə əvvəl İstanbulun ortasında xəstə övladı üçün dərman pulu tapa bilmədiyi üçün özünü güllə ilə vurmuş QAZİ POLİSİN dərdinə niyə şərik olmadı, niyə Ərdoğana məktub yazmadı?!
Tahir TAĞIYEV