çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

Image


Akif Nəsirli: “Ən mümkün səbəblərdən biri biletlərə tələbatın yüksək, yerlərin isə məhdud olmasıdır”

ADY: “ADY hər hansı vasitəçi və ya makler adlandırdığınız şəxslərlə, həmçinin turizm şirkətləri ilə bilet satışı üzrə əməkdaşlıq etmir”

Bakı-Tbilisi-Bakı marşrutu üzrə bilet çatışmazlığı ciddi problemə çevrilib və bu insanları ciddi narahat edir. Xüsusən də Gürcüstanda yaşayan soydaşlarımızı və onların Bakıda yaşayan qohumlarını. Gürcüstanlılar deyirlər ki, qatara bilet tapmaq müşkülə çevrilib və biletlərin rəsmi qiyməti 54 manat olduğu deyilsə də, bu belə deyil, biletlər “qara bazarda” satılır, maklerlərin əlindədir. Onların sözlərinə görə, qiyməti 54 manat olan biletlər bəzən 120-125,130, 160 manata satılır. Məcburiyyət qarşısında qalanlar bu qiymətə o biletləri alırlar da.

Bakı-Tbilisi-Bakı reysi üzrə biletlər “qara bazaar” necə ayaq açır?

Ekspertlərə görə, Bakı-Tbilisi-Bakı marşrutu üzrə bilet çatışmazlığı və "makler" məsələsi hazırda ən çox müzakirə olunan və sərnişinləri narahat edən mövzulardan biridir. 2026-cı ilin mayında reyslər bərpa olunduqdan sonra yaranan kəskin tələbat fonunda biletlərin saniyələr içində bitməsi müxtəlif vasitəçilərin (maklerlərin) sui-istifadə hallarına zəmin yaradıb.

Bu vəziyyətlə bağlı əsas məqamlar və rəsmi qurumların addımları aşağıdakı kimidir:

Sosial şəbəkələrdə və bəzi qeyri-rəsmi platformalarda bilet tapmaqda çətinlik çəkən sərnişinlərə "kassadan düzəldilmiş" və ya "bron edilmiş" adı altında biletlər təklif olunur.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) rəsmi olaraq bəyan edib ki, qatara heç bir turizm şirkəti və ya kənar vasitəçi üçün bilet kvotası ayrılmır.

Maklerlərin təklif etdiyi biletlərin böyük qismi saxtadır və mövcud olmayan yerlərə satılır.

Bu hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib və araşdırmalar aparılır.

Sərnişinlər sistemin gecə yarısı (00:30-da) açılmasından bir neçə dəqiqə sonra biletlərin tamamilə tükənməsindən şikayətlənirlər. ADY-nin məlumatına görə, biletlərin 90%-ə yaxını onlayn (sayt və mobil tətbiq vasitəsilə) alınır. Tələbat yerlərin sayından dəfələrlə çox olduğu üçün kütləvi onlayn alışlar süni qıtlıq təəssüratı yaradır və bu da maklerlərin manipulyasiyasına yol açır.

Süni sıxlığı və vasitəçilərin "at oynatmasını" əngəlləmək üçün ADY aşağıdakı tədbirləri görür:

1 noyabr 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi marşrutu üzrə gündəlik reyslərin sayı 2-dən 4-ə çatdırılacaq. Bu, sərnişin yerlərini gündəlik 386-dan 564-ə yüksəldəcək (təxminən 50% artım) və qıtlığı xeyli azaldacaq.

Biletlərin kütləvi şəkildə botlar və ya maklerlər tərəfindən proqram təminatı ilə toplanmasının qarşısını almaq üçün təhlükəsizlik qaydaları gücləndirilir.

Aldanmamaq və maklerlərin qurbanı olmamaq üçün biletləri yalnız ady.az rəsmi saytından, "ADY Mobile" tətbiqindən və ya birbaşa dəmiryol vağzalının kassalarından şəxsiyyət vəsiqəsi / xarici pasport təqdim etməklə əldə etmək lazımdır. Kənar şəxslərdən alınan biletlərlə qatara minik qətiyyən mümkün deyil.

Liberal İqtisadçılar Birliyinin rəhbəri Akif Nəsirli baki-xeber.com-a bildirdi ki, Bakı-Tbilisi qatarına rəsmi qiyməti 54 manat olan biletlərin 120–160 manata satılması barədə sərnişin şikayətləri doğrudursa, burada əsas məsələ biletlərin satış mexanizmi və vasitəçilərin onları necə əldə etməsidir. “Belə vəziyyət bir neçə səbəbdən yarana bilər.

Ən mümkün səbəblərdən biri biletlərə tələbatın yüksək, yerlərin isə məhdud olmasıdır. Qatarın hərəkət etdiyi tarixlər üçün biletlər satışa çıxarılan kimi tükənirsə, bəzi şəxslər onları əvvəlcədən alıb daha sonra ehtiyacı olan sərnişinlərə baha qiymətə təklif edə bilərlər. Biletlərin ayrı-ayrı şəxslər tərəfindən çoxsaylı hesablarla alınması, satış sistemində alıcı sayına məhdudiyyətin olmaması və ya biletlərin ləğvindən sonra yenidən satışa necə qaytarılmasına nəzarətin zəifliyi də bu vəziyyəti asanlaşdıra bilər.

Digər ehtimal isə satış prosesində texniki və ya təşkilati boşluqların olmasıdır. Əgər adi sərnişin rəsmi satış kanalında bilet tapa bilmir, amma vasitəçilər eyni reysə çoxsaylı biletlər təklif edirlərsə, biletlərin hansı kanallarla əldə edildiyi araşdırılmalıdır. Bununla belə, konkret sübutlar olmadan dəmir yolu əməkdaşlarının vasitəçilərlə əlbir olduğunu və ya biletlərin sistemli şəkildə onlara ötürüldüyünü iddia etmək düzgün olmaz. Bunu müəyyənləşdirmək üçün satış qeydləri, sifariş tarixçələri və ödəniş məlumatları yoxlanılmalıdır.

Bu problemin aradan qaldırılması üçün ilk növbədə vacib bir məqam nəzərə alınmalıdır: ADY 2 sentyabr 2026-cı ildə bəzi turizm şirkətlərinin və sosial şəbəkə səhifələrinin mövcud olmayan yerlər üzrə saxta biletlər təqdim etdiyini açıqlayıb. Qurum həmçinin heç bir turizm şirkəti və ya vasitəçi ilə əməkdaşlıq etmədiyini, onlara bilet kvotası ayırmadığını bildirib.

Problemin qarşısını almaq üçün bir neçə konkret tədbir görülə bilər.

Birincisi, hər bir sərnişinin öz şəxsiyyət məlumatları ilə ala biləcəyi bilet sayına məhdudiyyət qoyulmalıdır. Eyni şəxsin çoxsaylı hesablar vasitəsilə bilet almasının qarşısını almaq üçün sistemdə texniki nəzarət gücləndirilməlidir. Şübhəli şəkildə çoxlu sayda bilet alan hesablar yoxlanılmalıdır.

İkincisi, bilet satışının şəffaflığı təmin edilməlidir. ADY hər reys üzrə neçə biletin satışa çıxarıldığını, neçə biletin satıldığını və neçə yerin boş qaldığını göstərən məlumatları açıqlaya bilər. Bu, biletlərin həqiqətən tükəndiyini, yoxsa satış sistemində başqa problem olduğunu müəyyənləşdirməyə kömək edər.

Üçüncüsü, vasitəçilərin biletləri baha qiymətə təklif etməsi ilə bağlı elanlar araşdırılmalıdır. Biletin rəsmi qiymətindən baha satılması barədə iddialar konkret elanlar, yazışmalar və ödəniş sübutları ilə təsdiqlənərsə, hüquqi qiymət verilməlidir. Saxta bilet satanlarla mövcud bileti qanunsuz şəkildə yenidən satan şəxslərin əməlləri də bir-birindən fərqləndirilməlidir.

Dördüncüsü, bilet qaytarıldıqda həmin yer dərhal rəsmi satış sisteminə qaytarılmalıdır. Bu, biletlərin vasitəçilərin əlində qalması ehtimalını azaldar və başqa sərnişinlərin onları əldə etməsinə imkan yaradar.

Beşincisi, biletləri hər bir sərnişinə səxsiyyət vəsiqəsi və ya pasport əsasında adlı şəkildə satmaq olar. Bələdçilər isə qatarda sərnişinlərin səxsiyyət məlumatları ilə üst-üstə düşməyən biletləri etibarsız saya bilər”.

A.Nəsirli qeyd etdi ki, nəhayət, Azərbaycan və Gürcüstanın müvafiq qurumları sərnişin şikayətlərini birgə araşdırmalı, xüsusilə Gürcüstan vətəndaşlarının bilet almaqda üzləşdiyi çətinlikləri də nəzərə almalıdırlar.

“Ən vacib addım isə satış sisteminin müstəqil şəkildə yoxlanılmasıdır. Biletləri kimlərin, hansı vaxtda və neçə ədəd aldığı, satışa çıxarılan biletlərin nə qədərinin adi sərnişinlərə çatdığı araşdırılmadan problemin kökünü müəyyənləşdirmək mümkün deyil. Eyni zamanda, noyabrın 1-dən reyslərin sayının artırılaraq gündəlik sərnişin tutumunun 386-dan 564 yerə çatdırılması planlaşdırılır. Bu, qıtlığı azalda bilər, lakin satışa nəzarət gücləndirilməsə, vasitəçilərlə bağlı şikayətləri öz-özünə aradan qaldırmaya bilər”-deyə A.Nəsirli qeyd etdi.

ADY-dən isə baki-xeber.com-a belə cavab verdildi: “ADY hər hansı vasitəçi və ya makler adlandırdığınız şəxslərlə, həmçinin turizm şirkətləri ilə bilet satışı üzrə əməkdaşlıq etmir. Bütün biletlər dəmiryol kassaları, ADY-nin rəsmi sayı və mobil tətbiqi üzərindən aparılır”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ