Çin Prezidenti Si Tszinpin, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında üçtərəfli görüş 19 noyabr, cümə axşamı günü Şençjen şəhərində baş tutacaq. Çin Xarici İşlər Nazirliyinin xəbərinə görə, Tramp APEC sammitində Putin və Si Tszinpinlə görüş keçirməyi planlaşdırır.
"19 noyabr tarixində Çin Prezidenti Si Tszinpin Şençjendə Prezident Vladimir Putin və Prezident Donald Trampla görüş keçirəcək"- XİN nümayəndəsi bildirib.
Daha əvvəl, şənbə günü Kremlin sözçüsü Dmitri Peskov üç liderin görüşməsi ilə bağlı razılığın əldə olunduğunu açıqlamışdı. SAMİRƏ